Tarix : 2011 Jul 04
Kod 23849

''Birlik.az'': Yüz min imza toplamaq mümkündürmü?

Artıq, iyul ayının 3-dən etibarən DEVAMM-ın təşəbbüsü ilə “Prezidentə yüzminlik müraciət” kampaniyasına start verilibdir
well/Aran agentliyi

 Artıq, iyul ayının 3-dən etibarən DEVAMM-ın təşəbbüsü ilə “Prezidentə yüzminlik müraciət” kampaniyasına start verilibdir.

Artıq, bununla bağlı DEVAMM sədri Sumqayıt şəhərində ruhanilərdən ibarət görüş keçirərək imzaların toplanması üçün hazırlanan blankları Sumqayıt vətəndaşlarına təqdim edibdir. Bundan əlavə, bir neçə rayonda imzaların toplanması prosesi başlayıbdır. Yüz min imza toplamaq kənardan bir qədər sadə görünsə də, əslində, bu iş çox çətindir. Birlik.az saytı olaraq “Yüz min imza toplamaq mümkündürmü?” sualına cavab almaq üçün bir neçə ilahiyyatçıya müraciət etdik. Suallarımızı cavablandıran “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri, ilahiyyatçı Hacı Ceyhun Cəfərov hesab edir ki, əgər bu işdə vəhdət nümayiş etdirilsə, yüz mindən daha çox səs toplamaq mümkündür. “ Əgər hamılıqla çalışsaq, nəinki yüzminlik, hətta bir neçə yüzminlik imza toplamaq olar . Bu, neçə-neçə millət vəkilinin topladığı səs həcmindədir, bu, xalqın böyük bir hissəsidir. Bununla xalqın birliyi, vəhdəti nümayiş olunur. Allah Təala da bizdən elə bunu istəyir. Allah bizdən istiyir ki, biz öz birliyimizi, vəhdətimizi nümayiş etdirək. Çünki Allahın nəzəri xalqın, vəhdətin üzərindədir. Özü də buyurmuşdur ki, bir millət, bir xalq öz tövrünü dəyişməyincə, Allah onun vəziyyətini dəyişməz.

Bir daha DEVAMM-ın hicab probleminin həlli istiqamətində ölkə rəhbərliyinə ünvanlanan imzatoplama aksiyasını dəstəkləyirəm və bütün insanlığa hörmət edən insanları bu mübarək işə dəstək olmağa çağırıram. Və ümid edirəm ki, məsələnin həllinə böyük təsiri olacaqdır.”

Digər müsahibimiz ilahiyyatçı Hacı Mirmehdi Dərafərinin fikirincə hicab probleminin aradan qaldırılmasının tərəfdarlarının sayı yüz mindən daha artıq olduğundnan, göstərilən imzadan daha çox imza toplamaq olar: “Inanırıq ki, bu kampaniya öz bəhrəsini verəcəkdir. Yüz min imza toplamaq heç də çətin bir iş deyil. Çünki, bu gün ölkədə hicablı tələbələrin valideyinlərinin sayı yüz mini keçibdir”.

Xəyal Həsənov

Birlik” İnformasiya Mərkəzi (www.birlik.az)

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 04