''Bu gün Dağlıq Qarabağ münaqişəsində ermənilərə istiqamət verən Amerikadır, çünki ABŞ müsəlmana, islama düşməndir''
well/Aran agentliyi
"Bu gün Dağlıq Qarabağ münaqişəsində ermənilərə istiqamət verən Amerikadır, çünki ABŞ müsəlmana, islama düşməndir". Bunu SalamNews–a eksklüziv müsahibəsində İranın Ali dini lideri ayətullah Seyyid Əli Xameneinin Təbriz üzrə xüsusi nümayəndəsi, Təbrizin imam cüməsi, ayətullah Müctəhid Şəbüstəri deyib.
Onun sözlərinə görə, islam, dominant hegemonluqla istismara qarşı çıxaraq belə işıəri haram buyurub: “Amerika bu niyətdədir ki, bütün ölkələri nəzarəti altına alsın. Ermənilərə də, sionistlərə də istiqmət verir. Harada Amerika qüdrəti var, orada müsəlmanların vəziyəti ağırdır”.
Birinci Qarabağ müharibəsi haqda söhbət açan ayətullah, azərbaycanlıların bir millət olaraq o müharibədə qiyam etmədiklərindən giley etdi.
“Gərək ki, azərbaycan müsəlmanları, Livan şiələri kimi, bir millət olaraq qiyam edərdi və haqlarını müdafiyə edərək erməniləri öz torpaqlarından bayıra atardı. Təəssüf ki, bu qiyam indiyədək olmayıb, lakin ümüdvaram ki, İnşaallah bu günü görəcəyik”, - deyə ayətullah Müctehid Şəbistəri bildirdi.
Ayətullah Şəbüstəri İsrailin Fələstinə qarşı sürdüyü işğalçı siyasətindən də söhbət açdı. Onun sözlərinə gürə, bu məsələdə də İsrailə istiqamət verən Amerikadır: “Məlumdur ki, Amerika təcavüzkarlarının İsrail ilə sıx əlaqəsi var və ABŞ-ın neft şirkətləri yahudilər və sionistlər tərəfindən idarə olunur. Onlar Amerikaya komək edirlər ki, müsəlmanlar arasında ixtilaf salsınlar. Lakin Əlhəmdulillah, FƏTH və HƏMAS razılığa gəlib birləşiblər və ümüdvarıq ki, bu vəhdət Fələstin xalqının haqlarına qovuşmağa səbəb olacaq və bu xalq kamil Fələstin İslam Dövlətini yaradacaq”.
O, Livanın cənubunda keçmiş 33 günlük müharibədən livan xalqının qalib çıxmasını da xatırladıb: “Hizbullahçılar İsrail sionist qoşunu üzərində parlaq qələbə çaldı. Belə qüdrətə malik olan müsəlmanlar, gərək, İsraili məhv etsinlər. Fələstin xalqının vəhdətə gəlməsi, İsrailin məhvinə gətirib çıxaracaq. İnşallah, İslam dünyaya hakim olacaq”.