Tarix : 2011 Jul 05
Kod 23862

Məktəbli formasının tətbiq vaxtı məlum deyil

Bütün Azərbaycan üzrə orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqinə bir neçə ilə başlanacaq
well/Aran agentliyi

 

Bütün Azərbaycan üzrə orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqinə bir neçə ilə başlanacaq.

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə iş aparılır: “Lakin ölkə üzrə vahid məktəbli geyiminin nə vaxt tətbiq olunacağını söyləmək mümkün deyil”.

M. Mərdanov Azərbaycanın ümumtəhsil məktəblərində keçirilən buraxılış imtahanlarının nəticələrinə də münasibət bildirib: “Nəticələri çox yaxşı qiymətləndirirəm”.

Qeyd edək ki, 2011-2012-ci tədris ilindən Bakının bütün orta ümumtəhsil məktəblərində vahid məktəbli geyimi tətbiq olunacaq.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 05