Azərbaycan İslam Partiyası BŞİH-nin ''yox'' cavabına bəynatla münasibət bildirdi
well/Aran agentliyi
Bir neçə gün bundan qabaq Azərbaycan İslam Partiyasının mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməsi barədə məlumat vermişdik. Artıq bununla neçənci dəfədir Bakı meriyasına müraciət edilməsinə baxmayaraq, islamçılara aksiya icazəsi verilmir. FaktXeber.com-un verdiyi məlumata görə, buna etiraz olaraq AİP bəyanat yayıb. Bəyanatda deyilir:
“Ölkə ictimaiyyətinə bəllidir ki, Azərbaycan İslam Partiyası (AİP) hər cür konyektur maraqları və qeyri-şəffaf siyasi məqsədləri rədd edərək həqiqi insan azadlığını müdafiə etməyə çalışmış, onun real təminatı uğrunda stabil mübarizə aparmışdır. Cəmiyyətdə barış, qardaşlıq, izzət, insan ləyaqətinə, əbədi-bəşəri dəyərlərə malik İslam mənəviyyatına hörmət və onun qorunması partiyanın əsas prinsipial məramlarındandır. Ölkə daxilndə apardığımız siyasi mübarizə də məhz bu istiqamətə, dövlətimizin həqiqi müstəqilliyi və ərazi bütövlüyünə həsr olunur. Təəssuflər olsun ki, fəaliyyətimizin sivil şəraitdə davam etməsinə müxtəlif maneələr, sünü əngəllər yaradılır. Belə ki, son kütləvi tədbirlərimizin ələxsüsus hakimiyyət tərəfindən qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kobudcasına pozulması, insanların konustitusion hüquqlarının tanınmaması belə bir dövlət rəsmi orqanının cəmiyyətdə təxribatlar yaratmaq kimi dövləti cinayətlər törətmək cəhdindən xəbər verir. Biz cəmiyyətin ölkədə baş verən haqsızlıqlarla, Vətənimizə qarşı xarici təcavüzçülərə qarşı mübarizəsinə hər hansı bir bəhanə ilə maneçilik törədilməsini hakimiyyətin əvvəlcə qəbul etdiyi demokratiya inkişaf xətdindən yayınması, ölkənin sivil yolla deyil, dəyənək gücünə idarə etməsi, qeyri-vətənpərvərlik ruhuna malik olması kimi qiymətləndiririk və tələb edirik ki, insanların pozulmuş konstitusion hüquqları bərpa olunsun. Ölkədə hökm sürən neqativ hallara qarşı sivil mübarizəyə şərait yaradılsın.”