Azərbaycan Respublikasının universitet və dini elmlər üzrə tələbələri Beynəlxalq Quran bloqçuluq festivalına qatıla bilərlər
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
Şərqi Azərbaycan Əyaləti İslam Mədəniyyəti və İrşad İdarəsi, beynəlxalq Quran “Ayat” bloqçuluq festivalı keçirir. Festivalda Quranla bağlı çoxlu mövzular vardır. O cümlədən: Quran və təbiət, Quran və tarix, Quran təlimi, Quran, iffət və hicab, Quran təfsiri, Quran və səmavi kitablar, Quran və peyğəmbərlər, Quran kitabxanası, Quran dastanları, Quran xatirələri, Quran musiqisi və klipləri, Quran qrafikləri, Quran rəsmləri, Quran və düzgün tərbiyə, Quran tərcüməçiləri və təfsirçiləri, Quran qariləri və hafizləri, Quran və İslam hökuməti, Quranda atalar sözü, Quran duaları, Quran və əhli-beyt (ə), Quranda insan siması, Quran maarifi, Quran və mədəniyyət festivalın mövzularındandır.
İndiyə kimi 1200-dən çox bloq ölkə daxilindən və xarici ölkələrdən bu festivalda iştirak etmək üçün qeydiyytdan keçmişlər. Bloqçuluq yaxşı qarşılandığından bloqların qəbulu iyulun 16-na kimi uzadılmışdır.
Şərqi Azərbaycan Əyaləti İslam Mədəniyyəti və İrşad İdarəsinin rəhbəri Azərbaycan Respublikası müsəlmanlarının Quran maarifinə sevgi bəsləmələri barədə açıqlama verdikdən sonra artırdı: Azərbaycanlılar bu beynəlxalq festivalda iştirak etmək üçün http://az.quranblogging.ir saytına müraciət etsinlər.
Festivalın mükafatları aşağıdakı şərhlədir:
Hər hansı bölmədə birinci yeri tutan:12000000 Rial.
Hər hansı bölmədə ikinci yeri tutan:10000000 Rial.
Festivalda iştirak etmək istəyənlər üçün telefon əlaqəsi: 3362357-0411.