Tarix : 2011 Jul 05
Kod 23868

TÜRKİYƏDƏ İKİ ƏSGƏR ŞƏHİD OLDU

Hökumət nümayəndələri bunun PKK terror təşkilatı tərəfindən edilə biləcəyindən şübhələnir
well/Aran agentliyi

Faktxeber.com saytının verdiyi məlumata görə, Türkiyənin cənub şərqində olan Hakkari vilayətində atışma zamanı iki əsgər şəhid olub. Hadisə yerli vaxtla səhər saat 07.00-da baş verib. Yəhya Karakaya (26 yaş) və Murat Özkozanoğlu (25 yaş) adlı zabitlər naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar.

Hadisə yerinə çağrılan təcili yardım maşınları ilə  Yüksəkova Dövlət Xəstəxanasına aparılan  Karakayanın və Özkanoğlunun həyatını edilən müdaxilələrə baxmayaraq xilas eləmək mümkün olmayıb.

Hadisəyə görə, məsuliyyəti hələ ki, heç kəs boynuna götürməyib. Lakin hökumət nümayəndələri bunun PKK terror təşkilatı tərəfindən ola biləcəyindən şübhələnir. Qeyd edək ki, Hakkaridə 3 ay bundan əvvəl baş verən atışmada da 2 nəfər əsgər şəhid olmuşdu.

Ankarada isə bu gün mina partlaması nəticəsində bir neçə maşın yararsız hala düşüb.  Xəsarət alanlar haqqında məlumat verilməyib.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 05