Azərbaycan Respublikası ''Cümə'' dini icmasının sədri sentyabr ayından institutlarda da hicab qadağasının tətbiq olunacağı barədə xəbərdarlıq edib
well/Aran agentliyi
Səhər TV--Azərbaycan Respublikası "Cümə" dini icmasının sədri sentyabr ayından institutlarda da hicab qadağasının tətbiq olunacağı barədə xəbərdarlıq edib. Azərbaycan Respublikası "Cümə" dini icmasının sədri hacı İlqar İbrahimoğlu, sentyabr ayından ölkə institutlarında da hicab qadağasına start veriləcəyi barəsində xəbərdarlıq edib.
Hicaba qarşı qadağa məsələsinin özü-özünə həll olunmayacağını və əksinə bir qədər də bərkləşməsinə nişanələrin göründüyünü bildirən hacı İlqar İbrahimoğlu Dəyərlər internet radiosuna müsahibəsində narahatlıqla bildirib ki , məktəblərdə hicablı uşaqları yeni sinfə qəbul eləmirlər . "İnstitutların birindən xəbərimiz var ki , yeni nizamnamə qəbul olunub ki, hicablı və saqqallı insanları dərsə buraxmayacaqlar . Bununla bağlı konkret sənəd var əlimizdə ."
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin hicab qadağasının ləğvini tələb etmək üçün yüz minlik imza toplama kampaniyasını şərh edən hacı İlqar İbrahimoğlu əlavə edib: " Bütün bunları nəzərə alaraq , həm bütün toplumu əhatə edə bilck , həm ölkə boyu həyata keçiriləcək və hər bir vətəndaşın qoşula biləcək , uşağın da , böyüyün də , namaz qılanın da , namaz qılmayanın da dəstək verə biləcək bir addımın atılmasını zəruri gördük . Əlhəmdülillah ki , belə bir mövzu meydana çıxdı , üzərində düşünüldü , məsləhətləşmələr aparıldı və artıq 8 gündürki , bu ictimai rəyin ixtiyarına buraxılıb və nəzərdə tütdüğümüz qarşılanmadan iki dəfə artıq qarşılanma hiss edirik . "
Hacı İlqar İbrahimoğlu bildirib: "Yüz min imza üçün blanklar hazırlanıb . Hüquqşünaslarla məsləhətləşmələrdən sonra xüsusi standartla hazırlanan blanklardır . Bu proses çox sistemli və qaydalı formada həyata keçiriləcək . Proses mərhələ-mərhələ icra olunacaq . İlk mərhələ "Nineyi-Şaban"a qədər , əziz mövlamızın mövludu gününə qədər inanclı insanların və həqiqətin Allaha bəndə olmaq istəyənlərin böyük bir hədiyyəsi ola bilər . Ümid edirik ki , birinci mərhələdə , bir neçə on minlik rəqəm meydana çıxsın . Yəqin ki , yaxın günlərdə əlaqə nömrələri də ictimaiyyətin diqqətinə çatdırılacaq . Hazırlanan blanklar paytaxt boyu , ölkə boyu yayılacaq ki, hər kəs bundan xəbər tütsün . Bunu üçün xüsusi 50 nəfərlik komissiya təşkil olunub ki, bu komissiyanın üzvləri gələcəkdə artırılacaq . Tərkibində bütün vətəndaş cəmiyyətinin nümayəndələri əhatə olunacaq və eləcə də minlərlə könüllü, inanclı , Əli aşiqi və Zəhra aşiqi bunu həyat keçirəcəklər . " Bir çox ölkə ağsaqqalı və hacılar və din alimləri ilə məsləhətləşmələrdən sonra DEVAMM-ın yüz minlik imza toplama kampaniyasına start verildiyini bildirən hacı İlqar İbrahimoğlu əlavə edib: " Ölkədə belə bir vəziyyət yaranıb ki , ölkə başçısının müdaxiləsinə ehtiyac var . Bu gün hər kəs bacardığını ortaya qoymalıdır . Əgər ölkə başçısına yüz min imza toplanıb göndəriləcəksə , bu məsələnin həllinə gözəl şərait yaradacaq . Bu sülhə , quruculuğa yönlük bir hərəkətdir . "
Hacı İlqar İbrahimoğlu bunu da bildirib ki , bugün azərbaycan rəspublıkasında çox əhmıtlı bir məsələ həl olunur . Ya bu məsələ həl olunacaq və çətin bir şəraitdən yaxa qurtaracağıq . Ya daki, bu məsələ həll olunmayacaq və sentyabrda institutlarda da başlayacaq və biz bu qadağanın yaratdığı bataqlığa daxil olacağıq və on illər boyu zamanımız və enerjimiz bu məsələyə tərəf yönələcək , övladlarımız təhsilsiz qalacaq . İnanclı kəsim çətinliklərlə üzləşəcək . Türkiyə kimi qarşımızda ciddi bir nümunə var . Ədalət və İnkişaf Partiyası dönəmində iki-dörd ildə hələ də bacarmayıblar ki, məsələnin həllini tapsınlar . Amma , Azərbaycanda hələ hiss olunur ki, bu məsələ cəhdlər səviyyəsindədir . " Yüz min imza toplama kampaniyasının məktəblərdə hicab qadağasına son qoyacağına xeyli ümidlərin yarandığını bildirən "Cümə" dini icmasının sədri həmçinin kampaniyaya məyusluqla yanaşmağı düzgün saymadığını bildirib