Azərbaycan Respublikası orta məktəblərdə hicab probleminin həlli üçün prezidentə müraciət üçün 100 min imzatoplama kampaniyasına start verilmişdir
well/Aran agentliyi
Azərbaycan Respublikası orta məktəblərdə hicab probleminin həlli üçün prezidentə müraciət üçün 100 min imzatoplama kampaniyasına start verilmişdir.
Dəyərlər saytının məlumatına əsasən, kampaniya çərçivəsində DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun Sumqayıt dindarları ilə görüşü keçirilmiş, kampaniya ilə bağlı sualları cavablandırmışdır. Tədbirə Sumqayıt və Coratın dəyərli ruhaniləri qatılmışdır. kampaniyaya Sumqayıt dindarlarından geniş dəstək nümayiş olunmuşdur.
Sumqayıt şəhəri, Corat qəsəbəsi dini icmasının sədri Hacı Sahib Məmmədov kampaniya ilə bağlı deyib : " Azərbaycanın orta məktəblərində hicabla bağlı məsələ bütün inanclı insanların narahatlığına və iztirabına səbəb olub. hər bir müsəlman məsuliyyət hiss olunmalı və bu məsələnin həlli ilə bağlı səy göstərmlidir. Hicab məsləsinin həlli ilə bağlı DEVAMM-ın təşəbbüsü bütün möminlərin, inanclı insanların sevincinə səbəb olub. Azərbaycanda ölkə prezidenti cənab İlahm Əliyevə 100 minlik imza toplanır və bu imzatoplamada hər bir vətəndaş fəal iştirak etməli və çalşımalıdır ki, bu narahatlığın həll olunması üşün əlindən gələni etsin. Biz bu təşəbbüsün nəticəsinə və ölkə başçısının kampaniyaya müsbət reaksiya verəcəyinə inanırıq."
Sumqayıt ruhanisi Hacı Mir Fəyyaz Hüseyni kampaniya ilə bağlı vurğulayıb : "Təşəbbüskarlara təşəkkür edirəm ki, belə bir kampaniya ilə bağlı ideya irəli sürüblər. Bu, bütün Azərbaycan xalqı ilə yanaşı, bizi də narahat edən bir mövzudur. Orta məktəblərdə hicab qadağası bizim üçün həm mənəvi, həm də milli cəhətdən nöqsandır. Hicab minillərdən bizə gəlib çatan dəyərdir, mili və dini müstəvidə həmişə önəmli olan mövzu olmuşdur. Məsələnin bu yolla həllinə çalışılması çox gözəl qarşılanır. Ümid edirik ki, ölkə prezidenti bu işə müsbət yanaşacaq və bu mövzu özünün müsbət mənada həllini tapacaq. Aylardır ki, hicablı qızlar dərslərə getmirlər. Ümidvarıq ki, inşallah, bu məsələyə son qoyulacaq və bir daha bu mövzu bizi narahat etməycək. Allahdan istəyimiz budur ki, bizi bu işdə müvəffəq etsin!".