İran və Azərbaycan Respublikası Sərhəd xidmət qüvvələri arasında baş verən məhdud qarşıdurmanın ardınca İranın XİN-nin Mətbuat Katibi bu məsələyə reaksiya verib
well/Aran agentliyi
İran və Azərbaycan Respublikası Sərhəd xidmət qüvvələri arasında baş verən məhdud qarşıdurmanın ardınca İranın XİN-nin Mətbuat Katibi bu məsələyə reaksiya verib.
Ramin Mehmanpərəst bu məsələdən təəssüfləndiyini qeyd edərək deyib: Hazırda iki ölkənin hökumət rəsmiləri bu məhdud qarşıdurmanın səbəb və faktlarını araşdırmaqdadırlar.
İRNA xəbər verir : İİR-nın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst dünən gecə ( 4 iyul ) bir müsahibədə İran və Azərbaycan Respublikası hökumət rəsmilərinin iki ölkə arasında normal münasibətlərin genişləndirilməsinin üzərində ciddi təkid etmələrinə toxunaraq deyib: Tehran və Bakının müştərək Sərhəd Xidmət Komitəsində fəal əlaqədar orqanlar iki ölkənin sərhəd xidmət məntəqəsində törədilmiş məhdud qarşıdurmanın faktlarını araşdırmaqdadır.
Mehmanpərəstin sözlərinə görə, sərhəd xətlərində baş verən hadisələr və məsələlər iki ölkənin ikitərəfli münasibətlərini təsir altına almamalıdır.
İİR-nın hökumət rəsmisi özünün bu fikirlərinə aydınlıq gətirərək deyib : İranla Azərbaycan R-nın qonşu ölkələr olduğunu nəzərə alaraq sərhəd xidmət bölməsində müxtəlif məsələlərin baş verməsi normaldır
İİR Daxili İşlər Nazirliyinin polis və təhlükəsizlik işlərinin müavini Əli Abdullahi bazar ertəsi (4 iyul) günortadan sonra İRNA-ya verdiyi açıqlamada İranla Azərbaycan R-nın sərhəd qüvvələri arasında məhdud qarşıdurmanın baş verməsini təsdiq edərək hadisənin baş verməsinin səbəbini azərbaycanlı qüvvələrdən bir neçə nəfərinin İranın sərhəd xətlərinə qanunsuz soxulması və İranlı sərhəd xidmət qüvvələrinin " Dayan" xəbərdarlığına laqeyd yanaşması ilə əlaqələndirib.
Abdullahının sözlərinə görə , törədilən hadisədən sonra , İran və Azərbaycan R-nın Sərhəd Xidmət Qüvvələrinin arasında təmaslar qurulub dərhal məsələ iki ölkənin hökumət rəsmiləri tərəfindən diqqət mərkəzində saxlanılıb və hal hazırda bu məsələ iki ölkənin diplomatik dairələri tərəfindən təqib olunmaqdadır.
İranın bu təhlükəsizlik rəsmisinin sözlərinə görə, törədilən bu qarşıdurmada Azərbaycan Respublikasının sərhəd xidmət qüvvələrindən bir nəfəri həlak olub.