well/Aran agentliyi
Müdafiə Naziliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, iyulun 5-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Soçiyə yola düşüb.
İclasda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər zamanı müdafiə naziri Əbiyevin bəzi MDB ölkələrinin müdafiə nazirləri ilə görüşləri gözlənilir.