Tarix : 2011 Jul 05
Kod 23883

Eldar Namazov: ''Sarkisyan və Köçəryanın hakimiyyətdə olduqları müddətdə Qarabağ münaqişəsinin hə...

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son kazan görüşündə də gözlənilən nəticənin olmaması yeni məlumatların yayılmasına səbəb olub
well/Aran agentliyi

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son kazan görüşündə də gözlənilən nəticənin olmaması yeni məlumatların yayılmasına səbəb olub. Belə ki, ölkə mətbuatında Avropa Birliyinin ATƏT-in Minsk qrupuna qoşulmaq ehtimalı yayılmaqdadır.

 

Avropa Birliyinin Minsk qrupuna qoşulması realdırmı?

 Bu suala politoloq Eldar Namazov münasibət bildirib: "Avropa Birliyinin Qarabağ probleminin həllində öz rolunu və iştirakını artımaq niyyəti var. Bu haqda AB daxilində müzakirələr aparılır. Birlik özü də bunu gizlətmir. Amma Avropa Birliyi Minsk qrupuna əlavə olaraq qoşular, yoxsa Fransanı əvəzləyər, yoxsa başqa bir formada reallaşa bilər, bu hələ müzakirə mövzusudur. Çünki Fransa bu mövqeyini AB-yə vermək niyyətində deyil. Xüsusən son Kazan görüşündəki uğursuzluqdan sonra Fransa təşəbbüsü ələ alıb, yeni təşəbbüs irəli sürmək haqda fikirləşir".

 

Əgər Avropa Birliyi Minsk qrupuna üzv olsa, bu, məsələnin həllinə ciddi təsir göstərərmi?

sualına isə Eldar Namazov belə cavab verib: " Serj Sarkisyan və Robert Köçəryan cütlüyünün Ermənistanın başında olduğu müddətdə heç bir irəliləyiş gözləmirəm".

Deyerler.org

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 05