Tarix : 2011 Jul 06
Kod 23890

AİP bəyanat yaydı

Azərbaycan İslam Partiyası BŞİH-nin mitinq üçün müraciətinə “yox” cavabına bəynatla münasibət bildirib
well/Aran agentliyi

Azərbaycan İslam Partiyası BŞİH-nin mitinq üçün müraciətinə “yox” cavabına bəynatla münasibət bildirib.

Bu barədə İslam-Azeri.az İnternet qəzetinə AİP-in mətbuat xidmətindən məlumat daxil olub.

Məlumata əsasən bəyanatda deyilir :"Ölkə ictimaiyyətinə bəllidir ki, Azərbaycanİslam Partiyası(AİP) hərcür konyektur maraqları və qeyri-şəffaf siyasi məqsədləri rədd edərək həqiqi insane azadlığın ımüdafiə etməyə çalışmış, onun real təminatı uğrunda stabil mübarizə aparmışdır.Cəmiyyətdə barış, qardaşlıq, izzət, insane ləyaqətinə, əbədi-bəşəri dəyərlərə malik İslam mənəviyyatına hörmət və onun qorunması partiyanın əsas prinsipial məramlarındandır.Ölkə daxilndə apardığımız siyasi mübarizədə məhz bu istiqamətə, dövlətimizin həqiqi müstəqilliyi və ərazi bütövlüyünə həsrolunur. Təəssuflər olsun ki, fəaliyyətimizin sivil şəraitdə davam etməsinə müxtəlif maneələr, süni əngəllər yaradılır. Beləki, son kütləvi tədbirlərimizin ələxsüsus hakimiyyət tərəfindən qəbul olunmuş “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kobudcasına pozulması, insanların konustitusion hüquqlarının tanınmaması belə bir dövlət rəsmi orqanının cəmiyyətdə təxribatlar yaratmaq kimi dövləti cinayətlər törətmək cəhdindən xəbər verir. Biz cəmiyyətin ölkədə baş verən haqsızlıqlarla,vətənimizə qarşı xarici təcavüzçülərə qarşı mübarizəsinə hər hansı bir bəhanə ilə maneçilik törədilməsini hakimiyyətin əvvəlcə qəbul etdiyi demokratiya inkişaf xətdindən yayınması, ölkənin sivil yolla deyil, dəyənək gücünə idarə etməsi, qeyri-vətənpərvərlik ruhuna malik olması kimi qiymətləndiririk və tələb edirik ki, insanların pozulmuş konstitusion hüquqları bərpa olunsun. Ölkədə hökm sürən neqativ hallara qarşı sivil mübarizəyə şərait yaradılsın".

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 06