Xəbər verdiyimiz kimi, orta məktəblərdə hicab probleminin həlli üçün prezidentə müraciət üçün 100 min imzatoplama kampaniyasına start verilmişdir
well/Aran agentliyi
Xəbər verdiyimiz kimi, orta məktəblərdə hicab probleminin həlli üçün prezidentə müraciət üçün 100 min imzatoplama kampaniyasına start verilmişdir. Kampaniyaya ölkənin ruhanilərindən dəstək nümayiş olunmaqdadır. İlahiyyatçı Hacı Yusif Bağırov kampaniya ilə əlaqədar fikirlərini "Deyerler.org"a belə bölüşmüşdür: "Bismillahir Rəhmanir Rəhim! Mətbuatdan da bəlli olduğu kimi, son zamanlarda hicab narahatlığının həll olunmasından ötrü imzatopla kampaniyasına başlanılıb. Təbii ki, Azərbaycan vətəndaşlarının öz sözlərini yuxarı dairələrə, xüsusilə də ölkə rəhbərinə çatdırması üçün bu kampaniya əsas bir vasitədir. Mən bu işin təşəbbüskarı və təşkilatçısı kimi DEVAMM-a öz minnətdarlığımı bildirirəm. Yəqin bilirəm ki, Azərbaycan vətəndaşları, Azərbaycanın müsəlman xalqı, Azərbaycanın qeyrətli xalqı bu məsələdə yaxından iştirak edəcəklər. Ümid edirəm ki, xalqın bu təşəbbüsünə, xalqın bu müraciətinə ölkə rəhbərliyi müsbət cavab verəcək, İnşaallah!".
Deyerler