Tarix : 2011 Jul 06
Kod 23892

Reytinq: Ermənistan dünyanın ikinci ən pis iqtisadiyyatıdır

Dünyanın ən məşhur iqtisadi dərgilərindən olan «Forbes» dünyanın ən pis 10 milli iqtisadiyyatın reytinqini açıqlayıb
well/Aran agentliyi

 

Dünyanın ən məşhur iqtisadi dərgilərindən olan «Forbes» dünyanın ən pis 10 milli iqtisadiyyatın reytinqini açıqlayıb.

«APA-ECONOMICS»in məlumatına görə, reytinqə Madaqaskar başçılıq edir.

Reytinqə əsasən, dünyanın ikinci ən pis iqtisadiyyatı Ermənistana məxsusdur. Sonrakı mövqelərdə müvafiq olaraq Qvineya, Ukrayna, Yamayka, Venesuela, Qırğızıstan, Svazilend, Nikaraqua və İran yer alıb.

«Forbes»in reytinq üzrə şərhində deyilir ki, Ermənistan hələ də maliyyə böhranından bərpa oluna bilmir, ölkədə ÜDM-in azalması, inflyasiyanın artması müşahidə olunur, ÜDM-in adambaşına həcmi 3 min dollardan azdır. Müqayisə üçün bildirək ki, Azərbaycanda bu göstərici ötən ilin yekununda 5,8 mln. dollar təşkil edib. Madaqaskar barəsində isə şərhdə bildirilir ki, bu ölkədə həmin göstərici cəmi 387 dollar təşkil edir.

Qeyd edək ki, reytinq 2010-2012-ci illər üzrə real və proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilər əsasında tərtib olunub.

  • Yazılıb
  • da (də) 2011 Jul 06