“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarə Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb
well/Aran agentliyi
Azərbaycan Hava Yollarına (AZA) məxsus nəqliyyat təyyarəsi Əfqanıstanın Parvan əyalətində (paytaxt Kabildən şimalda) qəzaya uğrayıb. Ria "Novosti" agentliyinin məlumatına görə, bu barədə Əfqanıstanın "Ariana" dövlət aviaşirkətinin nümayəndəsi bildirib.
Hadisə iyulun 5-də saat 22:00 radələrində Kurband qəzasının Siyax Qerd yaşayış məntəqəsində qeydə alınıb. Hələlik təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Yerli polis və ordu hissələri onun axtarışına səfərbər edilib.
Təyyarənin heyət üzvlərinin taleyi haqda məlumat yoxdur.
***
“Assosiated Press” agentliyinin məlumatına görə, təyyarənin qəzaya uğradığı ərazidə möhkəm yanğın əmələ gəlib. ABŞ Əfqanıstanda olan hərbi qüvvələri və onların müttəfiqləri olan Böyük Britaniya qoşunlarının ingilis mayoru Tim Ceymsin məlumatına görə, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Mayorun verdiyi məlumata görə, təyyarənin qəzaya uğradığı ərazidə aktiv hərbi əməliyyatlar keçirilmirmiş.