Tarix : 2011 Jul 06
Kod 23900

''Hicab qadağası müqavimət məktəbi yaratdı''

Ölkədə hələ də hicab problemi həll edilməyib. Düzdür məsələnin həlli istiqamətində bəzi siqnallar verilir...
well/Aran agentliyi

 

Ölkədə hələ də hicab problemi həll edilməyib. Düzdür məsələnin həlli istiqamətində bəzi siqnallar verilir, ancaq hələ ki, qəti addım atılmadığından orta məktəblərdəki hicab qadağası rəsmi olaraq ortadan qaldırılmayıb.

Bu mövzu ilə bağlı İslam-Azeri.az İnternet qəzeti ilahiyyatçı ruhani Hacı Abgül Suleymanovdan münasibət öyrənib.

Hacı Abgül Suleymanov hicab qadağasının həll olunmasının qaçılmaz addım olduğunu bildirərək deyib:

” Hicab problemi Sentyabr ayına kimi həll olmalıdır. Əgər həll olmasa üçüncü mitinqə start veriləcək və bu üçüncü mitinq tam başqa olacaq. Əvəllki mitinqdə bir çox bölgələrdən etirazçılar aksiyalara qatılmamışdı. Üçüncü isə belə olmayacaq. Mən aksiyada iştirak edəcək insanların sayını deməyəcəm. Ancaq bunu deyə bilərəm ki, bu aksiya son mitinq olacaq. Məsələ tezliklə inanclıların xeyrinə həllini tapmayacağı təqdirdə biz bu mitinqdə təkcə hicab deyil, xalqın bir çox problemlərini, xüsusilə Qarabağ məsələsinin həllini tələb edəcəyik. Biz 8 aylıq müqavimətin, çəkilən əzab-əziyyətin üstündən xətt çəkilməsinə göz yuma bilmərik. Hicab məsələsinin həllini ilk gündən müqavimətdə görmüşük, görürük və görəcəyik. Hər kimin siyasəti də bu müqaviməti sındırmaq olsa, biz o kəslərin müqabilində olacağıq. Biz müsəlmanların qeyrəti ilə oynaya bilmərik, bu oyunlara da göz yuma bilmərik. Bizim bacılarımızı təpikləyənlər və yerlə sürütləyənlər, həmçinin Quranı ayaqlar altına atanlar iqtidar məmurları deyildimi? Ölkənin İslam alimlərini müxtəlif böhtanlarla ailəsindən ayırıb zindana atan iqtidar deyildimi? Yoxsa bunlar unudulubmu? Biz unutmayacağıq! Biz indi qeyrətli müsəlmanları onların ayağına yıxıb beyət etdirə bilmərik. Və hər kim bunu istəsə, adını xəyanət qoyacağıq.

Bu məscid məsələsi deyil. Yadınızdadır, məscid məsələsində müqavimət göstərildi, həbslər oldu, dəyənəklərlə başlar yarıldı. Sonra iqtidar geri çəkilərək məsələni həll etdi. Lakin sözü “müqavimət”in deməsinə baxmayaraq QMİ-nin rəhbərini vasitəçi qərar verdilər. Bunu qəbul etmək olar. Çünki bu məsələdə bir nəfər xərcləndi. Artıq iki möhtəşəm mitinq öz sözünü deyib. Buna fakt olaraq 4 deputatın açıqlaması, ölkəmizdəki xarici nümayəndələrin(xüsusilə ABŞ səfirinin) iqtidardan hicab məsələsinin həllini tələb etməsini də göstərmək olar. Bəli, biz bilirik ki, həmin xaricilər nə hicabı, nə də İslamın digər atributlarını istəyərək bu tələbi icra etmirlər. Əksinə onlar bu tələbi ölkədəki İslam müqavimətinin inkişafından qorxaraq irəli sürürlər. Çünki yaxşı bilirlər ki, “müqavimət”in yaranma mövzusu qan və zindan xarakterli olur. Yəni nə qədər çox təzyiq olsa, İslam müqaviməti bir o qədər geniş vüsət alacaqdır. Azərbaycan xalqı bu iki amili ortaya qoymuş, əyani şəkildə sübut etmişdir. Biz ölkədə yaranmış müqaviməti zay edə bilmərik. Hicab məsələsinin həllini təbii ki istəyirik, ancaq izzətlə, başucalığı ilə. Nəinki zillətlə. İmam Huseynin (ə) şüarı bizim şüarımızdır. “Zillət bizdən uzaqdır!”.

Allahın nümunə qərar verdiyi Əhli-Beytin (ə) bu barədə gözəl duası vardır:

“Pərvədigara mən bilirəm ki, sən öz dinini qoruyursan və heç vaxt da dinindən əl çəkməyəcəksən . Allahım sən icazə ver, sənin dinin bizim əlimizlə və bizim qanımızla qorunsun. Və heç kəsi bu işdə bizdən qabağa salma. Biz istəmirik ki, bir dəstə mücahid sənin yolunda vuruşsun, biz isə onların kölgəsində namaz qılıb oruc tutaq”.

İlahi, bu duanı bizim barəmizdə də qəbul et.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 06