Tarix : 2011 Jul 06
Kod 23901

Rusiya Amerikanı kəskin tənqid edib

Rusiyanın bir məhkəmə rəsmisi Amerika ordusu tərəfindən Əfqanıstan və İraqda insan haqlarının geniş formada pozulmasını kəskin formada tənqid edib
well/Aran agentliyi

Rusiyanın Xarici İşlər Nazirliyinin insan haqları və demokratiya məsələləri üzrə komissarı Konstantin Doqlov deyib: Rusiya bəzi sənədlər və faktlara malikdir ki , Amerika qüvvələrinin İraq və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı çoxlu hallarda beynəlxalq insan haqları standartlarını pozduqlarını göstərir. O deyib : Amerikan və beynəlxalq insan haqları təşkilatlarından mövcud olan məlumatlar Rusiyanı bu nəticəyə çatdırıbdır ki, Amerikanın İraq və Əfqanıstandakı hərbi əməliyyatları çərçivəsində beynəlxalq insan haqları prinsiplərinin ciddi formada pozulması, o cümlədən Amerika tərəfindən də imzalanmış BMT-nin "rəhmsizcəsinə , qeyri-insani və hörmətsizcəsinə işgəncəyə qarşı paktın ciddi formada pozulması" haqda Əbu Qorəyb həbsxanasındakı iraqlı məhbusların işgəncəsi və Blek Vaterin bu ölkədəki cinayətləri, o cümlədən bir iraqlının qızın ailəsi ilə birlikdə qətlə yetirilməsinə işarə edilib. Əfqanıstanda da Bəqram həbsxanasındakı məhbusların işgəncə edilməsi Amerikanın Əfqanıstandakı insan haqlarının pozulması üzrə bariz nümunələrdəndir.

Rusiyadan əlavə insan haqları üzrə bəzi beynəlxalq təşkilatlar və Amerika tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə insan haqlarının geniş formada pozulmasını tənqid ediblər.

Keçən il İnsan haqlarının gözətçisi təşkilatı müxtəlif ölkələrdə çoxlu sayda gizli həbsxananın olmasından xəbər verib və bildiribdir ki, Amerika casusluq mərkəzləri və təcridxanaları idarə edir və orada ən kəskin işgəncələr həyata keçirilir.

Avropa parlamentinə bağlı olan komitənin verdiyi məlumata əsasən CİA təşkilatının amilləri 11 sentyabr hadisəsindən sonrakı altı il ərzində məhbusların Amerika xaricinə köçürülməsi üçün mindən çox uçuş həyata keçiribdir. Bu uçuşları həyata keçirə təyyarələr Avropa limanlarında dayanıblar . Amerikada mədəni azadlıqların müdafiəsi üzrə cəmiyyətlərin biri məhbusları Amerika xaricindəki gizli həbsxanalara köçürmək və məhbuslara qarşı ən kəskin işgəncələrin həyata keçirilməsinə yardım etməsinə görə Boinq şirkətinə qarşı şikayət ərizəsi irəli sürüb.

Əlbəttə insan haqlarının pozulması yalnız.Amerika  ilə bitmir. Həmçinin Amerikan həkimlər elm və texnologiyanın inkişafı bəhanəsi ilə yoxsul ölkələrin əhalisi üzərində təhlükəli sınaqlar həyata keçirirlər. Misal üçün bir neçə amerikalı həkim 1946 və 1948 –ci illərdə Qvatemalada təhlükəli tibbi sınaqlar həyata keçirdilər . Bu sınaqlar zamanı Mərkəzi Amerikadakı bir sıra Qvatemala vətəndaşı qəsdən cinsi xəstəlik amili olan virusa yoluxduruldular.

 

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 06