Beynəlxalq Əhli-Beyt Assambleyasının baş katibi Azərbaycan Respublikasında orta məktəblərdə şagirdlərin hicabına qoyulmuş qadağanın ləğv olunması ...
well/Aran agentliyi
Beynəlxalq Əhli-Beyt Assambleyasının baş katibi Azərbaycan Respublikasında orta məktəblərdə şagirdlərin hicabına qoyulmuş qadağanın ləğv olunması istiqamətində bu respublika xalqından 100 min imza toplama kampaniyası ilə əlaqədar hərəkəti dəstəkləyib.
Höccətülislam vəlmüslimin Əxtəri Beynəlxalq Səhər telekanalının jurnalisti ilə müsahibədə deyib: Biz qardaşlarımızdan istəyirik ki, məntiqi yolla, müraciətlər yazmaqla və imza toplamaqla öz tələblərini bəyan etsinlər, dinc yolla öz tələblərində israrlı olsunlar və möhkəm dayansınlar. Bilsinlər ki, Allah-Taala onlara kömək olacaq.
"Müsəlmanlar arasında böyük oyanış dalğası yaranıb və gənclərin bəsirəti inkişaf edib. Qənaətimizə görə, Azərbaycanın oyaq gəncləri və müsəlmanları qəti şəkildə öz yollarını davam etdirəcəklər. Onlar öz islami hüquqlarını tələb edir və quruluşa qarşı deyillər" -deyə Əxtəri bildirib.
Höccətülislam Əxtərinin qənaətincə, Azərbaycan Respublikası hökuməti hicab müdafiəçiləri ilə kobud davranmamalıdır. İnsanların həbsə atılması, uzun və çətin dindirilmələr müsəlmanı öz etiqadından döndərə bilməz.
Höccətüilislam Əxtəri bildirib ki, hicab islamın zəruri məsələlərindəndir. Tunis kimi hicabla mübarizə aparan ölkələrin hökumətləri də devriliblər.
Beynəlxalq Əhli-Beyt Assambleyasının baş katibi ümid edib ki, hökumətlər öz xalqlarının dini tələblərinə diqqət yetirəcəklər və kobud davranış və uzun müddətli həbslərlə bu hərəkətin qarşısını ala biləcəklərini düşünməsinlər
Səhər TV