well/Aran agentliyi
Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş keçirilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər müxtəlif məsələləri, o cümlədən prezidentlərin Kazan görüşünü müzakirə ediblər.
S. Lavrov həmkarını əmin edib ki, prezident Dmitri Medvedev yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində sonrakı addımlarla bağlı qərar qəbul edəcək: “Dmitri Medvedev danışıqlar prosesində digər həmsədr ölkələr – ABŞ və Fransa prezidentləri tərəfindən də dəstəklənən vasitəçi olaraq Kazan görüşündən sonra yaranmış vəziyyətin analizini başa çatdırıb və ən yaxın vaxtda sonrakı addımlar barədə qərar qəbul edəcək”.