Tarix : 2011 Jul 07
Kod 23917

ARAQ REKLAMLARININ ARXASINDA KİM DURUR?

Huseynov: ''Azərbaycan İslam mədəniyyətinin mərkəzi elan olunsa da, artıq 20 gündür ki,...
well/Aran agentliyi

Huseynov: "Azərbaycan İslam mədəniyyətinin mərkəzi elan olunsa da, artıq 20 gündür ki, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində araqların ciddi reklamları gedir"

Satışda olan siqaret qutuları üzərində "Səhiyyə Nazirliyi xəbərdarlıq edir, siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir" yazılar mövcuddur. Amma tibb işçilərinin açıqlamasına uyğun olaraq, ziyanı insan orqanizminə siqaretdən dəfələrlə çox olan spirtli içkilərin üzərində insan orqanizminə ziyanla bağlı xəbərdarlıqlar yazılmır. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bununla bağlı ölkədə ciddi problemlərin yaşandığını bildirdi:

"Əvvəlcə onu qeyd edim ki, tütünlə bağlı məsələ dünyada birmənalı olaraq qəbul olunub. Azərbaycan 2005-ci ildə Dünya Səhiyyə Təşkilatının Tütün Əleyhinə Çərçivə Konvensiyasına qoşulub. Baxmayaraq ki, Azərbaycan bu konvensiyanın tələblərinə yerinə yetirmir. Ona görə ki, tütün qutuları üzərində yazılar vaxtaşırı dəyişdirilmir. Çünki bu yazılar dəyişmədikcə, istehlakçının gözü bu yazılara öyrəşir və yazılar artıq adi bir hal alır. O ki qaldı spirtli içkilərin üzərində yazıların olmamasına, bununla bağlı Azərbaycanda ciddi problemlər yaşanmaqdadır. Azərbaycan İslam Mədəniyyətinin Mərkəzi elan olunsa da, artıq 20 gündür ki, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində araqların ciddi reklamları gedir. İstehlakçılar da məndən soruşurlar ki, nəyə görə spritli içkilərin üzərində xəbərdarlıq yazıları öz əksini tapmır. Bununla bağlı Azad İstehlakçılar Birliyi bütün dünyada fəaliyyətə başlayacaq. Fəaliyyət zamanı çalışacağıq ki, bütün spritli içkilərin üzərinə xəbərdarlıq yazılsın. Bu sahədə ölkə səviyyəsində heç bir iş həyata keçirilməyib. Həmiçinin qanunvericilikdə də bununla bağlı heç bir qanun təsbit olunmayıb. Azad İstehalakçılar olaraq çalşacağıq ki, yaxın 3 il ərzində buna nail olaq."

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda spirtli içki istehsalı və satışı ayrı-ayrı məmurların monopoliyasındadır. Bu da o anlamı verir ki, belə reklamların açıq-aydın bütün günü televiziya ekranlarında və küçələrdə yayınlanması da onların fəaliyyətinin nəticəsidir.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, xristian ölkəsi olan Rusiyada artıq kvas belə spirtli içkilərin siyahısına salınaraq, gecə satışına qadağa tətbiq olunacaq.

faktxeber

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 07