Tarix : 2011 Jul 08
Kod 23931

“The Washington Post”un müxbiri də Qarabağdan bitərəf yazı yazd

Müxbir Xankəndi və Qarabağ yerinə “Stepanakert”, “Arsax” ifadələrindən istifadə edib
گ/Aran xəbər agentliyi

 

ABŞ-ın “The Washington Post” qəzetinin 7 iyul tarixli sayında Dağlıq Qarabağ haqqında məqalə dərc olunub. APA-nın xəbərinə görə, qəzetin Moskva müxbiri Uil İnqlunq Azərbaycanın erməni işğal altındakı ərazisi olan Dağlıq Qarabağa səfər edib və səfərlə bağlı yazı hazırlayıb. O, yazısında Xankəndi və Qarabağ yerinə “Stepanakert”, “Arsax” ifadələrindən istifadə edib, tarixi faktları təhrif edib və münaqişə haqqında birtərəfli məlumatlara yer verib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər edən bir neçə jurnalisti “qara siyahı”ya salıb. Onların arasında “Exo Moskvı” radiosunun baş redaktor müavini Sergey Buntman və “İzvestiya”nın müxbiri Yuri Sneqiryov da var.

  • Yazılıb
  • da (də) 2011 Jul 08