Tarix : 2011 Jul 08
Kod 23934

Prezident İlham Əliyev Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçildi

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına sədr seçilən şəxsin özünün azərbaycanlı olması şübhə altındadır
گ/Aran xəbər agentliyi

 

Aran xəbər agentliyi/Azərbaycan bölümü

Aranın “Trend”ə əsaslanraq verdiyi məlumata əsasən, çərşənbə axşamı günü Bakıda keçirilən dünya azərbaycanlılarının III qurultayında İlham Əliyev Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçildi. Bununla yanaşı Əlaqələndirmə Şurasının rəyasət heyəti ləğv olunub və icra katibliyi yaradılıb. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov icra katibi seçilib.

İlham Əliyev Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilməsini heyrət doğuran seçkilərdən biri hesab etmək olar. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına sədr seçilən şəxsin özünün azərbaycanlı olması şübhə altındadır. Arazın şimalında yaşayan əhalinin əslinin aranlı, ya azərbaycanlı olması özü geniş və tədqiqə ethiyaclı bir mövzudur. Amma açıq-aydın məlum olan budur ki, azərbaycanlıların əksəriyyəti İranda yaşayır və əgər Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası yaradılması lazım gəlirsə, gərək ona İran sədirlik etsin və icra katibliyi də İranda qərarlaşsın.

İlham Əliyevin bir müddət öncə özünü dünya azərbaycanlılarının rəhbəri elan etməsi İran azərbaycanlıları tərəfindən narahatlıqla qarşılanmışdı. İndi isə onun Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına sədr seçilməsi onların etirazını bir az da bərkidir. İran azərbaycanlılarının belə düşünür ki, ABŞ və İsrailin himayəsi ilə təşkil olunan və məhz siyasi xarakter daşıyan qurultaya Azərbaycan sözünü işlətmək bütün azərbaycanlılara qarşı edilən bir zülmdür.

Hal-hazırda Azərbaycan əhalisi onların diyarının adı başqa bir ərazilərə qoyulmazdan qabaqkı günlərin həsrətini çəkirlər. İndi də bu adqoyma bəzi şəxslərin, qrupların və ölkələrin hiylə alətinə çevrilib.

İran azərbaycanlıları belə düşünürlər ki, ana yuradlarının yağmalanmış adını bütün dünyaya eşitdirsinlər, bu yurdda qeyrətsizlik təbili çalan və şiələr əleyhinə addımlar atan şəxslərə qarşı nifrət bəslədiklərini elan etsinlər.

  • Yazılıb
  • da (də) 2011 Jul 08