Tarix : 2011 Jul 08
Kod 23937

Ermənistanda ''varlıların'' evi talan edilir

Yerevanda növbəti qarət hadisəsi qeydə alınıb
well/Aran agentliyi

Yerevanda növbəti qarət hadisəsi qeydə alınıb.

BBC.com saytının verdiyi xəbərə görə, naməlum maskalı şəxslər hakim dairələrə yaxın şəxsin evinə soxulub, ailə üzvlərini döyüb, evdə olan qiymətli əşyaları aparıblar.

Bu dəfə Ermənistan paytaxtının Malatiya-Sebastiya icmasının sabiq başçısı Ağvan Qriqoryanın evi talanıb.

Polisə istinadən xəbər verilir ki, hücum zamanı evdə 4 adam olub: ailə başçısı, onun arvadı və iki oğlu. Evə soxulanlar Ağvan Qriqoryanı və onun iki oğlunu bərk döyüb, oda davamlı seyfi, qızıl və digər zərgərlik mallarını və BMW X5 avtomaşını qaçırıblar.

Son bir il ərzində bu, qarətə məruz qalan üçüncü sabiq və ya fəaliyyətdə olan dövlət məmurudur. Keçən ilin oktyabrında Ermənistan Gömrük Xidmətinin sabiq rəisi Armen Avetisyanın evi talanmışdı.

Şübhəlilər tutulub cəzalandırılsa da, təxminən bir ay bundan əvvəl eyni tərzdə amerikalı milyonçu Kirk Kirkoryanın Ermənistanda təsis etdiyi “Linsi” fondunun proqramlar üzrə direktoru Edvard Bezoyanın evini talayıblar.

Ehtimal edilir ki, maskalar arxasında gizlənən adamlar Ermənistanın dövlət hesabına varlanmış məmurları arasında vəlvələ salmaq, hakim sinfin müdafiəsizliyini göstərmək istəyirlər. 

Eyni halların Azərbaycanda da olması gözlənilir.

apa

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 08