Tarix : 2011 Jul 08
Kod 23940

Hacı Şahin Həsənli: ''İmam Hüseyn (ə) məktəbilə mübarizə aparırlar''

Bu gün Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub
well/Aran agentliyi

Bu gün Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub.

O birinci xütbəsində ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.

Daha sonra isə İmam Cümə mübarək mövludlar haqqında qısa məlumat verərək təbrikini çatdırıb.

Birinci xütbə əxlaqi mövzuda, xüsusilə həya haqqında olub.

İkinci xütbənin əvvəlində də mövludları olan İmam Hüseyn (ə), Həzrəti Əbəlfəzl (ə) və İmam Səccad (ə) haqqında məlumat verib.

İmam Hüseyn (ə) məktəbi haqqında danışan Hacı Şahin Həsənli düşmənlərin onun özündən çox məktəbilə mübarizə aparıldığını önə çəkib.

Düşmənlərin əsas məqsədi İmam Hüseynin (ə) məktəbinin təhrifi olduğunu xatırladan İmam Cümə saxta “hüseynlər” yaradıldığını bildirib.

İmam Cümə sonbra deyib: “ İmam Hüseynin (ə) hakimiyyət uğrunda öldürülməsini elan etmək istədilər, ancaq bu alınmadı. Milyonlarla insanın təkamülə çatmasına vasitə oldu. İslamın bizə ən böyük və dəyərli əmanəti Kərbəla məktəbidir. Alimlərin fikirlərinə baxsaq onda görərik ki, mənim bu fikrim düzdür. Kərbəla bir döyüş deyil, müharibə deyil. Kərbəla iki tərs təfəkkürün, iki dəyərin davasıdır. İnsaniyyətlə heyvaniyyətin mübarizəsidir. Aşura tarixi əhatə edən hadisədir. Aşura tarixin fövqündə dayanan hadisədir. İmam Hüseyni (ə) təkcə keçmiş bilsək ona xəyanətdir. İmam Hüseyn (ə) keçmiş, bu gün, sabahdır. İmam Hüseynin (ə) Aşurası bir gün davam edib sona çatmadı. Aşura Qiyamətə qədər davam edir”.

Hacı Şahin Həsənli İmam Hüseynin (ə) mövludunda İslam Peyğəmbərinin göz yaşı tökdüyünü xatırladaraq əzadarlığın əhəmiyyətinə toxunub.

Daha sonar İmam Cümə sözlərini belə davam edib: “Aşura bir güzgüdür ki, biz özümüzü görək. Aşura bir güzgüdür ki, baxaq görək biz hansı dəstədənik. Aşura günü 3 dəstə var idi. Haqq dəstəsi, batil və tamaşaçı. Tamaşaçı da batil dəstədən sayılır. Lakin Qiyamətə qədər batil və haqq dəstənin siyahısı bağlanmayıb” .

“Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli sözlərinin sonunda deyib: “Hər gün İmam Hüseynlə (ə) Ömər Səd arasında seçim edirik. Hər gün biz ağıl İmam Hüseyni və nəfs yezidi arasında seçim edirik. İmam Hüseyn (ə) hər gün deyir “Bir kəs varmı mənə yardım edən!”. İndi insan gərək öz mənsubiyyətini ayırd etsin. Allah bizi Əhli-Beytin şəfaətindən məhrum etməsin!”.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 08