Hər atılan imza ilə Hacı Tale Bagırovun “ən böyük silahımız qanımızdır” sözünü qarşılaşdırın
well/Aran agentliyi
Hər atılan imza ilə Hacı Tale Bagırovun “ən böyük silahımız qanımızdır” sözünü qarşılaşdırın.
Orta məktəblərdə hicab qadağa olunduğu gündən bəri hicabın azad olunması üçün bir sıra tədbirlər görülsədə, amma hicab hələdə sərbəst deyil. Bir çox ailələrdə hicabın qadağa olunmasından sonra hicablı şagirdlər məktəbə gedə bilməyib.
Gəlin, hicab qadağa olunduğu gündən indiyə kimi baş vermiş hadisələrə şərh verək.
Əvvəlcə hicabın hansı ayda qadağan olunmasına baxaq. Hicab, İmam Hüseyn(ə) şəhadətə çatdığı ayda, yəni Məhərrəm ayında orta məktəblərdə qadağa olundu. Bu cümləyə diqqətlə nəzər yetirsək, hər şeyin ortada açıq şəkildə olduğunu görərik.
İmam Hüseynin (ə) “Mənim kimilər Yezid kimilərə heç zaman beyət etməz!”, “ Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha üstündür!” sözlərinə ürək verənlər üçün orta məktəblərdə hicab qadağan olunduğu gündən bəri bir yol var idi: Hicab orta məktəblərdə sərbəst buraxılmalıdır. Çünki bu qadağa ilə barışmaq İslama xəyanətdir.
Düzdür, bir çox ruhani hicab qadağasını pislədi. Amma qadağa üçün mübarizəyə qalxan ruhanilərin sayı çox az idi. Mücahid dindarlar isə öz haqlarını müdafiyəyə qalxdı. Elə hicab qadağa olunduqdan bir neçə gün sonra, mübariz dindarlar Təhsil Nazirliyinin binası qarşısında sərbəst toplaşma haqqında qanuna(A.R. Konstitutsiyasının 49-cu maddəsi.) söykənərək öz qanuni haqqını tələb etməyə toplaşdılar. Amma həmişə olduğu kimi, mülki geyimli şəxslər və polis işçiləri amansızcasına və qəddarcasına dindarları dağıtmağa başladılar.
Lakin dindarlar sözlərini deməyi bacardılar. Aksiya baş tutdu. Aksiyadan sonra tanınmış ruhanilərə qarşı təzyiqlər də gücləndirildi.
Bundan sonra isə digər qanuni və sivil addımlar atılsa da məsələ yenə də həll olunmamış qaldı.
QMİ-nin sədrinə müraciət olunsa da yenə heç bir fayda vermədi.
Hətta Mehriban Əliyevanın Qurani-Kərimi yandıranları beynəlxalq aləmdə pislədiyi çıxışdan sonra, hicab yenə qadağada qaldı. Axı nə fərqi var; Quranın bir ayəsini qadağa etmək və ya Quranın hamısını yandırmaq.
Bütün bunlar olmasına baxmayaraq hicab məsələsi həll edilmir.
Hicabın həbs olunmasına təhəmmül edə bilməyən qeyrətli vətəndaşlar may ayının 6-da Təhsil Nazirliyininin binası qarşısında ikinci dəfə toplaşdılar. Amma bu səfər mülki geyimli şəxslər və polis işcilər daha da azğınlaşmışdı. Bu səfər qadın, qoca demədən hər kəsə güc tətbiq edir, xanımları yerlə sürüyürdülər, hətta vəziyyət o yerə çatır ki, ilahi kitab Qurani Kərim ayaqlar altında tapdalandı. O kitab ki, Mehriban Əliyeva onun yandırılmasına, təhqir olunmasına kəskin etiraz bildirmişdi.
Bu qədər vəhşiliklərdən sonra, tanınmış ilahiyyatçı Hacı Tale Bağırovu inzibati qaydada həbs etdilər. Sonra isə cinayət işi açıldı.
Polisin bu cür hərəkətini qeyri-sivil adlandırmayanlar, dindarların konstitutsion hüquqlarından istifadə edərək həyata keçirdikləri etirazlarını qeyri-sivil addım, qiyam adlandırırlar. Öz haqqını tələb etmək qeyri-sivil addım, qiyamdırsa, Fransa, Yunanıstan və bir çox Avropa ölkələrində hər gün qeyri-sivil addımlar və qiyamlar tuğyan edir, lakin onların hökumətləri buna nəinki dözümlülüklə yanaşır, hətta hörmət etdiklərini bildirirlər.
Bu günlərdə isə hicabın həll edilməsi ilə bağlı yenidən imza toplanması üçün işlər görülməkdədir. Bu qədər müqavimətdən sonra, hicabın həll edilməsini imza toplamaq adına vuracaqlarsa, mənim fikrimcə bu hicab məhbuslarını “öldürmək” deməkdir. Əgər döyülənlər də, haqqı tapdalanan da, zindanlara salınanlar da bizləriksə, deməli bizlərdən üzr istənilməlidir. Daha belə yox ki, üzr istəyənlər biz olaq.
İndiki halda hicabın zillətlə həll edilməsi üçün atılan imzalar “hicab məhbusları”na vurulan zərbələrdir. Bir imza bir zərbədir. Yüz min imza yüz min zərbədir. Son nəticədə isə, “hicab məhbusları”nın “öldürülməsi” və möminlərin izzətinin aşağı salınması deməkdir. Bir halda ki, möminin izzəti Kəbə evinin izzətindən üstündür.
Hər atılan imza ilə Hacı Tale Bagırovun “ən böyük silahımız qanımızdır” sözünü qarşılaşdırın. O zaman görəcəksiniz ki, hər imza həm dünyamız üçün, həmdə axirətimiz üçün nə vəd edir.
İnna lillah və inna ileyhi raciun.
Aşur Mehdi