Tarix : 2011 Jul 08
Kod 23943

Ermənistandan Türkiyəyə jest

İrəvandakı qondarma soyqırım muzeyində türklər üçün xüsusi bölmə yaradılacaq
well/Aran agentliyi

 

İrəvandakı qondarma soyqırım muzeyində türklər üçün xüsusi bölmə yaradılacaq.

1915-ci il hadisələri zamanı ermənilərə yardım göstərən türklər üçün İrəvandakı qondarma soyqırım muzeyində xüsusi bölmə yaradılacaq. "Habertürk"ün yazdığına görə, həmin şöbədə Murad Bardakçının yazdığı "Tələt Paşanın Evrakı Mətrukəsi" adlı kitabı da yerləşdiriləcək. Buna baxmayaraq, ermənilər yenə də ənənələrinə sadiq qalaraq yaradılacaq şöbədə birinci Dünya müharibəsi dönəmdə Osmanlı imperiyasında guya ermənilərə zülm edilməsinə dair çox sayda yazılı və materiallar yerləşdiriblər. Muzeyin rəhbəri bildirib ki, yeni şöbəni yaratmaqla türklərlə ermənilər arasında sözügedən tarixi hadisəyə dair "tarazlıq" yaratmaq istəyiblər.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 08