Azərbaycan Respublikası məhkəməsi 6 mayda ''Hicab Azadlıq'' aksiyasına görə həbs olunan 15 dindarın məhkəməsi 1 ay uzalıb
well/Aran agentliyi
Azərbaycan Respublikası məhkəməsi 6 mayda "Hicab Azadlıq" aksiyasına görə həbs olunan 15 dindarın məhkəməsi 1 ay uzalıb.
İslam-Azeri internet qəzetinin xüsusi müxbirinin məhkəmədən verdiyi xəbərə görə, müstəntiq həbs olunanların işini daha bir ay araşdırmağa ehtiyac olduğunu və buna görədə istintaq dövrünün 1 ay artırıldığını deyib.
Məhkəmə Xətai rayon məhkəməsində keçirilib.
Xatırladaq ki, "Hicab Azadlıq" aksiyası mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib.
Həbs olunanlar İlahiyyatçı Bağırov Tale Kamil oğlu, Məmmədov Rövşən Arif oğlu, Qarabağ döyüşünün iştirakçısı Hüseynov Əlvan Aslan oğlu, hicab uğrunda fəal mübarizlərdən olan Nuriyev Rüfət Fazil oğlu , İsmailov Tərlan Balakişi oğlu , Vəliquliyev Rəşad Cümşüd oğlu , Ələkbərov Taleh Nadir oğlu , Abbasov Elşən Sərdar , İsgəndərov Zaur Şahlar oğlu , Orucov Şirxan Zöhrab oğlu , Novruzov Çingiz Famil oğlu ,Yusifov Araz Vasif oğlu , Əsgərov Məhəmməd Tofiq oğlu , Abdullayev Mais Firuz oğlu və Məmmədov Nurani Əhməd oğlu hicabı müdafiə aksiyasında iştirak etdiklərinə görə ictimai asayişi pozmaqda və digər ağır cinayətlərdə ittiham olunublar.