Ukraynanın “İmage” nəşrində Azərbaycanla bağlı qərəzli məqalənin işüq üzü görməsi ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazrliyinə etiraz notası göndərib
well/Aran agentliyi
Ukraynanın “İmage” nəşrində Azərbaycanla bağlı qərəzli məqalənin işüq üzü görməsi ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazrliyinə etiraz notası göndərib.
Bu haqda APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov bildirib. Notada qeyd olunur ki, Ukrayna jurnalında çap edilmiş yazı Azərbayanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc ediməsi yolverilməzdir.
E. Poluxovun sözlərinə görə, eyni zamanda Ukraynadakı Azərbaycan səfirliyinə bu məsələni araşdırmaq və Ukrayna tərəfi ilə müzakirə etmək tapşırılıb.
Qeyd edək ki, jurnalın xüsusi buraxılışında Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən materiallar dərc edilib.
APA