Tarix : 2011 Jul 09
Kod 23970

Azərbaycan Respublikası mediasının İranın narkotik maddələr qaçaqmalçılığına qarşı mübarizəsinə i...

Azərbaycan mediasının ikili siyasətində İranı narkotik maddələr qaçaqmalçılığını himayə etməkdə günahlandırması və bir tərəfdən də İranın narkotik maddələr qaçaqmalçılarına edam ...
well/Aran agentliyi

Azərbaycan mediasının ikili siyasətində İranı narkotik maddələr qaçaqmalçılığını himayə etməkdə günahlandırması və bir tərəfdən də İranın narkotik maddələr qaçaqmalçılarına edam hökmü verməklə insan hüquqlarını pozmasını deməsi bu ölkə mediasının təcrübəsizliyini aşkarlayır.

Arannewsin verdiyi xəbərə əsasən, Ərdəbil Əyalətinin Ədliyyə rəisinin narkotik maddələr qaçaqmalçılığı ilə məşğul olan bir neçə nəfərin tutulması və onlardan bir neçəsinə edam hökmünün verilməsi barədə son açıqlamsı, Azərbaycan mediasında geniş yer almışdır. Bu mediadan bəziləri Bakı dövlətinin və sionist rejiminin anti-İran siyasətlərini önə alaraq Ərdəbil Əyalətinin Ədliyyə rəisinin sözlərinə əsaslanıb, İranın azərilər yaşayan əyalətlərdə bir neçə nəfər ölüm alverçilərinin edam olmasını azərilərin hüquqlarının pozulması kimi qələmə verirlər. Halbuki, Azərbaycan mediası xəbərəri şişirtmək və onun açıqlamasını saxtalaşdırmaqla İran sərhədlərindəki narkotik qaçaqmalçılığını bu ölkənin narkotik qaçaqmalçılığından himayə etməsi kimi cilvələndirir və İranı bunun aqibətinə etinasızlıqda günahlandırır. Həmçinin, Azərbaycan telekanalları İran vətəndaşlarının bir-iki narkotik qaçaqçısının tutulmasını televiziyada yayımlamayır və bununla da İrana qarşı təxribat aparırlar.

Ekspertlərin nəzərinə görə Azərbaycan mediasının ikili siyasətində İranı narkotik maddələr qaçaqmalçılığını himayə etməkdə günahlandırması və bir tərəfdən də İranın narkotik maddələr qaçaqmalçılarına edam hökmü verməklə insan hüquqlarını pozmasını qeyd etməsi, bu ölkə mediasının təcrübəsizliyini və Bakı dövlətinin ölkəyə narkotik maddələr gətirilməsinə maraqlı olduğunu göstərir. Çünki bu yolla həm İran əleyhinə təbliğat ab-havası yaradır, həm də Azərbaycanda bəzi hökumət adamlarına xidmət edən narkotik qaçaqçılığı ilə məşğul olan bandalar bolluca qazanc götürürlər.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 09