Tarix : 2011 Jul 10
Kod 23972

Aİ rəsmisi: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir və dünya birliyi tərəfindən Azərbaycan ərazisi olaraq tanınıb
well/Aran agentliyi

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir və dünya birliyi tərəfindən Azərbaycan ərazisi olaraq tanınıb. Biz Dağlıq Qarabağı ayrıca region kimi müzakirə etmirik”.

Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons Avropa Parlamentinin plenar sessiyasında Dağlıq Qarabağla bağlı bu günlərdə keçirilmiş müzakirələri şərh edərkən deyib. O bildirib ki, sessiya çərçivəsində bu məsələyə dair fəal müzakirə aparılıb və bu müzakirə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən müsbət qiymətləndirilib: “Avropa Birliyi həlli uzanan münaqişələrin həllində maraqlıdır”.

J. Pons K. Eştonun bu ilin sonuna qədər Azərbaycana səfər etmək niyyətində olduğunu da söyləyib.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 10