Tarix : 2011 Jul 10
Kod 23973

“Xankəndi hava limanının” inşası sentyabrda başa çata bilər

Hava şəraiti və ya gözlənilməz hadisələr mane olmadığı təqdirdə, böyük ehtimalla “Xankəndi hava limanının” inşası sentyabrda başa çatacaq
well/Aran agentliyi

 

Hava şəraiti və ya gözlənilməz hadisələr mane olmadığı təqdirdə, böyük ehtimalla “Xankəndi hava limanının” inşası sentyabrda başa çatacaq. Gün.Az-ın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bunu separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsi Dmitri Atbaşyan bildirib.

Onun sözlərinə görə, hava şəraiti mane olmadığı təqdirdə, sentyabrda aeroportun maddi-texniki bazası ilə bağlı bütün tikinti işlərini tam başa çatdırmaq planlaşdırılır.

“Avadanlığın əsas hissəsi gətirilib. Hal-hazırda aeroportun uçuş xətti və uçuşların təhlükəsizliyinin təmin edilməsi mərkəzində genişmiqyaslı inşaat işləri davam edir” – Atbaşyan qeyd edib.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 10