Tarix : 2011 Jul 10
Kod 23977

Sarkisyan yenə sərsəmləyib

Ermənistan prezidenti Serj Sarkisyan yenə sərsəmləyəmə başlayıb
well/Aran agentliyi

Ermənistan prezidenti Serj Sarkisyan yenə sərsəmləyəmə başlayıb. O, Ermənistan silahlı qüvvələrinin gənc zabitlərinin ümumermənistan konfransında çıxışı zamanı müharibə başlayacağı təqdirdə ölkəsinin qələbə çalacağına şühbə etmədiyini deyib.

Sarkisyan zabitlər qarşısında çıxışı zamanı bir neçə məsləhət verməyə də çalışıb: “Siz dövlətin onurğa sütunusunuz. Bu sütun ancaq zabitlik məhv olsa, dağıla bilər. İntizam, cəsurluq, fiziki hazırlıq, təhsil, bütün bunlar zabitin təməli üçün əsas meyarlardır, lakin zabitin tam yetişməsi üçün ən mühüm amil- onun psixoloji hazırlığıdır, psixoloji qələbəsidir”.

Riyarkar erməni prezidenti özlərini sülh carçısı adlandırmaqdan da çəkinməyib.

Biz işğalçılarla döyüşmüşük, həmişə ədalətin, haqqın təcəssümü olmuşuq. Bu gün də biz sülh tərəfdarıyıq”,- deyə erməni dövlət başçısı S. Sarkisyan nitqini tamamlayıb.

 ANS PRESS

  

  • Yazılıb
  • da (də) 2011 Jul 10