Tarix : 2011 Jul 10
Kod 23980

''Biz ''100 minin xahiş''i kampaniyasına razı deyilik!''

Ölkənin ruhanilərindən biri və Mübariz Ruhanilər Cəmiyyətinin üzvü kimi tanınan Hacı Seyran ''100 minin xahiş''i kampaniyası haqqında açıqlama verib
well/Aran agentliyi

 

Ölkənin ruhanilərindən biri və Mübariz Ruhanilər Cəmiyyətinin üzvü kimi tanınan Hacı Seyran "100 minin xahiş"i kampaniyası haqqında açıqlama verib.

İslam-Azeri.az İnternet qəzetinə münasibət bildirən Hacı Seyran deyib: "Quran ayəsində də buyurulur: Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər! Belə bir halda möminlərin izzətini sındırmaq olmaz. Bütün bu zəhmətlərdən sonra xahiş kimi nəisə yazaq kiməsə çatdıraq. Möminlərin izzətini sındırmaq olmaz. Bu nəzəriyyəni verənlər bu günlərə kimi hardaydılar? İndi gəliblər meydana özüdə bu cür. Biz bununla razı deyilik".

Çox maraqldır ki, bəzi ölkə xaricində yaşayan şəxslər Azərbaycandakı məsələlərə müdaxilə edərək ölkə səviyyəsində zəhmət çəkmiş müqavimətçilərə qarşı "qara piar" kampaniyasına başlayıblar. Bu şəxslər iddia edirlər ki, guya etdikləri Vilayətə bağlıdır. Vilayəti isə biz İran deyil, Vəliyyi Fəqih hesab edirik. Bu baxımdan da, şəxsən onun öz saytındakı açıqlamanı bizə təqdim etsələr düz danışanlardan hesab olunarlar. Necə ki, Quran buyurur: "əgər düz danışanlardansızsa dəlil gətirin". Digər məsələ 200-300 nəfər söhbətidir ki, bu məsələdə də yanılıbdır. Çünki, istər məscid, istərsə də hicab məsələlərində mitinqlərdə iştirak edən "minlər" məhz 200-300 kimi göstərilən bu toplumdur. O toplum ki, bəziləri vətənə qayıtmağı cürət edə bilməyəndə aksiyalarda "dubinka"nın altına başını verirdilər. Məhz Hacı Tale Bağırov bu toplumun ruhanilərindəndir. Biz həbsdə olan ruhanilər başda Hacı Mövsüm Səmədov. Seyyid Fəramiz, Seyyid Fəxri və Seyyid Azəri də məhz bu toplumun ruhanilərindən hesab edirik. Sadəcə bu şəxslərə məsləhət görürük ki, Vilayətin balaradırlarsa onda Vəliyyi Fəqihin Azərbaycandakı nümayəndəsinin barəsində danışdıqlarına tövbə etsinlər.

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 10