Tarix : 2011 Jul 10
Kod 23981

İsrail rejiminə təzyiq etmək üçün nələr lazımdır? - Zərdüşt Əlizadə cavablandırdı

BMT-nin baş katibi Pan Gi Mun may ayının 15-də sionist İsrail rejiminin əsgərləri tərəfindən Livan sərhəddində keçirilən nümayişlərə qarşı güc tətbiq edildiyini bildirib
well/Aran agentliyi

 BMT-nin baş katibi Pan Gi Mun may ayının 15-də sionist İsrail rejiminin əsgərləri tərəfindən Livan sərhəddində keçirilən nümayişlərə qarşı güc tətbiq edildiyini bildirib. BMT-nin baş vermiş hadisə ilə əlaqədar hazırladığı hesabatda deyilir ki, keçirilmiş nümayişlərdə 7 dinc nümayişçinin qətlə yetirilməsi və 111 nəfərin də yaralanması lazımsız müdaxilənin nəticəsidir.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə "Deyerler.org"a danışıb: "İndiki halda bu qərarların yalnız mənəvi əhəmiyəəti var. Təsirinə gəlincə, bu və bu kimi açıqlamalar o vaxt təsirli olacaq ki, bunun arxasında dünyanın aparıcı qüvvələri olan ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə kimi üzvlər dayansın. Əgər bu ölkələr qətnamənin arxasında dursalar onda bu, həqiqətən də həyata keçəsi hüquqi akt olacaq. Amma hələlik onlar bu qərarın arxasında durmayıblar. Ona görə də bu sənədin icrası sıfır dərəcəyə yaxındır. Bunun yalnız mənəvi təsiri ola bilər".

Deyerler 

  • Yazılıb
  • da (də) 2011 Jul 10