well/Aran agentliyi
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilir.
Partiyanın mətbuat xidmətindən SalamNews-a bildirilib ki, tədbirdə çıxış edən AİP-in sədri Elçin Manafov partiyanın mübarizə strategiyasına aydınlıq gətirib: “Biz sivil yolla mübarizə aparmağı qarşıya məqsəd qoymuşuq. Elə buna görə də üç dəfə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) dinc aksiya keçirmək üçün müraciət etmişik. Bu müraciətlərin heç birinə təəssüf olsun ki, müsbət cavab verilməyib. Əksinə, hər dəfə əsassız və məntiqsiz cavablarla bizə “yox” deyilib. Biz hesab edirik ki, ən düzgün mübarizə yolunu seçmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
O vurğulayıb ki, partiyanın qarşıya qoyduğu əsas məqsədi təşkilatlanmaq və maariflənməkdir və biz bu istiqamətdə ciddi uğurlar qazanacağıq.
SalamNews