Müsahibimiz Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin sədri ilahiyyatçı Faiq Vəlizadədir
well/Aran agentliyi
-Xahiş edirik komitənin yaranması və hədəfi haqqında qısa da olsa məlumat verin?
-Bismillahir-Rəhmanir-Rəhim!
Bu komitə 20 yanvar 2011-ci ildə müqəddəs Qum şəhərində, bəndə də daxil olmaqla bir dəstə həmvətənlərimiz tərəfindən yaradılmışdır. Komitənin ən başlaca vəzifəsi ölkəmizdə sifarişli şəkildə İslama qarşı başlanmış islamafobiya kampaniyasının, xüsusilə hicab qadağasının ləğv olunması, hicab məhbuslarının hüquqularının qorunması, bu siyasi və vicdan məhbuslarının dərhal azadlığa buraxılmasına nail olmaqdır. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, komitə elə bir şəraitdə təşkil olunmuşdur ki, o vaxt bəziləri bu komitənin fəaliyyətinə razı olmamış hətta, üzv olmaqdan çəkinmişlər. Amma biz şəri bir vəzifə olaraq, bu komitəni yaratdıq və əsas hədəfimiz, komitənin adından göründüyü kimi hicab və bu yolda haqsız olaraq şərlənib həbs olunanların müdafiəsi və azadlığıdır.
-HHQM MK-nın ən başlıca işlərinə qısa işarə edə bilərsinizmi?
-Bu gün bu komitə digər xalis, mübariz ruhiyyəli təşkilatlar və cəmiyyətlər kimi əlindən nə gəlibsə, imkan həddində qarşıya qoyduğu məqsədlər uğrunda fəaliyyət göstərib və bu müqəddəs məqsədə çatana qədər də inşallah fəaliyyət göstərəcək. Komitənin ən başlıca fəaliyyətindən biri istər ölkə daxilində, istərsə də xaricdə bu anlamı və düşüncəni müsəlman ümmətə çatdımaqdır. Azərbaycanda mütəşəkkil şəkildə, dövlət səviyyəsində, İslama və islamçılara, xüsusilə, son zamanda hicab və haqqı heç kəsdən qorxmadan deyə bilən, xalis din xadimlərinə və möminlərə qarşı kampaniyalar başlayıb. Belə olan halda, hər bir müsəlmanın və din xadiminin şəri vəzifəsidir ki, bu islamafobiya kampaniyasının müqabilində, islami atributları və bu yolda canları, malları, övladları ilə mübarizəyə qalxmış müsəlman qardaş və bacalırımızı müdafiə etsin.
Türkiyənin İstanbul şəhərində ki konfrans, Bakıdakı ümumi azərbaycan din xadimlərinin hicab və məhbuslar haqqında keçirdiyi konfranslar və sair fəaliyyətlər komitənin bu yöndəki fəaliyyətlərindəndir. Bundan əlavə, komitənin rəsmi saytı (hicab.org) 24 saat ərzinda ölkədə hicab və hicab məhbusları haqqında ən son məlumatları və təbliğatlarını dərc etməkdədir.
-DEVAM-ın “100 min imza” kampaniyasına necə baxırsınız və bu proseslərin İslama, hicab və hicab məhbuslarına nə faydası ya zərəri dəyə bilər?
- Çox maraqlı və hamını düşündürən sualdır. Belə imza kampaniyası hicab qadağası başlayan gündən bütün rayonlarda olub. Hamı etiraz etmək istəyir. Bilirsiz, bu gün ölkəmizdə İslama və islamçılara qarşı gedən repressiya və anti-islam prqoramlırını hamı görür və müşahidə edir. Bəziləri bu vaxta kimi etiraz bildirmiş, bəziləri bu yolda haqqı müdafiə etdiklərinə görə müxtəlif bəhanələrlə şərlənərək zindanlara atılmış, bəziləri isə susmaq yolunu seçmişdir. Hər kəs gücü çatan qədər öz səliqəsi və düşündüyü kimi bu hadislərin qarşısını almağa çalışır.
Konkret olaraq, DEVAM-ın, yəni hacı İlqarın bu proqramı hər kəsə öz düşüncələrinə görə bir cür görünür. Şəxsən mənimçün bəzi düzəlişləri və şərtləri də qeyd etməklə bu proqram ölkədə İslam və islamçıları dəstəkləməkdən ötrü münasib etiraz kampaniyalarından biridir. Ola bilər ki, hacı İlqar bu kampaniyanı hansısa başqa ünvanla aparsın, amma həqiqət budur ki, əslində bu kampaniya bir növ etiraz imzalarının toplanmasıdır. Bunu qısaca olaraq aşağadakı dəlillərə əsasən demək olar. Mən bu etiraz imzaları kampaniyasına aşağadakı şəkildə baxıram:
-Bu imzalar əslində müraciət yox, etiraz və nə qədərsə şikayətdir. Çünki müraciət o zaman olur ki, kimdənsə nəsə istəyəsən. Bu imzalar nəsə istəmir, əksinə açıq aydın dövlət tərəfindən qeyri-rəsmi islamafobiya, o cümlədən hicab məsələsinə etiraz və şikayət edir. Bu etiraz imzaları əslində, yüz min vətəndaşın dövlət məmurlarının hicab qadağasına etirazı və dövlətdən islamafobiya kampaniyasının dərhal dayandırlıması tələbidir. Həmçinin, bu etiraz imzaları əslində, dövlət və dövlət orqanlarına yüz min müsəlman tərəfindən şikayət ərizəsidir;
-Bu etiraz imzaları dövlət məmurlarının ölkədə İslam, hicab və islamçılara, öz etiqadlarını qorumaqdan ötrü akisyaya çıxmış vətəndaşların şəxisiyyətlərinə qarşı aparılan insanayaraşmaz amansız hərəkətlərinə etiraz və bu kampaniyanın dərhal dayandılırması tələbidir;
-Bu etiraz imzaları, əslində din xadimlərimizin, möminlərin hicab və islamafobiya kampaniyasına qarşı mübarizələrinin tam şəkildə haqlı olmasını və zindanda olanların siyasi və vicdan məhbusları olduğunu isbat edir;
-Bu etiraz imzaları əgər, dövlət tərəfindən müsbət qarşılanarsa, hicab probleminin həlli ilə yanaşı, hicab məhbuslarının dərhal qeyd-şərtsiz azad olunmalarını və onlardan rəsmi şəkildə üzür istənilməsini zəruri edir; əgər qəbul olunmasa, bu yolda mübarizənin daha möhkəm və ciddi şəkildə davam etdirilməsini tələb edir;
-Bu etiraz imzaları əslində, yüz min vətəndaşın birnəfəsə fəryad və etiraz səslərini rəsmi şəkildə yuxarı dairələrə çatdırması və İslama qarşı proseslərin dərhal dayandırılmasın tələb edir;
-Bu etiraz imzaları, neçə aylardır ki, etiraz səslərini sinəsində sıxıb saxlayan, ruhi iztirab keçirən amma, nədənsə ehtiyatlanıb səsini çıxarmayan minlərlə müsəlman qardaş-bacılarımızın dövlətin İslama qarşı apardığı planlara etiraz səsidir;
-Bu etiraz imzalarının məğzi və kökü etiraz olduğundan və imzalar qeyd-şərtsiz hicab qadağasına etiraz əlaməti olaraq atıldığından, burada heç bir zillət və xarlıq yoxdur; və heç kəs bu etirazı “bidət” adı ilə müsəlman xalqın kütləvi və açıq şəkildə dövlətin İslama qarşı apardığı planlarına etirazlarının qarşısını almağa çalışmasın;
-Bu etiraz imzaları əslində, yüz min vətəndaşın öz şəxsi imzası ilə hicab və hicab məhbuslarının müdafiəsindən ötrü açıq şəkildə sakit aksiya və mitinqidir. Əgər adi mitinqlərdə iki-üç min iştirak edirdisə, bü mitinqdə yüz min nəfər müsəlman və imanlı şəxs, uşaq, qadın, məktəbli, ziyalı, müəllim, ağsaqqal və ağbirçək analar iştirak edir. Əgər dövlət bu imzalar əsasında qeyri-rəsmi hicab qadağasını rəsmi aradan götürərsə, deməli dövlət tərəfindən rəsmi təsdiq olunur ki, hicab məhbusları doğurdan da haqsız yerə şərlənib zindana atılıb. Yox əgər dövlət bu imazalara məhəl qoymasa, bu etiraz imzaları yenə də islamçılara yüz min rəsmi dəstəkdir ki, dövlətin islamafobiya proqramı müqabilində öz haqq mübarizələrini daha da möhkəm və mətin şəkildə davam etdirsinlər. Hər halda, biz bu etiraz imzalarını hicab məhbuslarından ayrı təsəvvür etmirik və etməyə də haqqımız yoxdur;
-Bu etiraz imzaları ölkədə dövlət məmurlarının “hicabı heç kim istəmir” bəhanəsinə möhkəm bir cavabdır; onlar bəzi çılpaq qadınları efirdə müsəlman xalqa göstərib sübut etməyə çalışırlar ki, ölkədə hicab və örpəyi 2-3 min nəfər istəyir və bu mövzuda xalq İslam və islamçılarla deyil; görəsən, bugünkü vəziyyətdə hansı təşkilat və cəmiyyət başçısı yüz min nəfəri Bakı küçələrinə çıxara bilər?! Amma, bu etiraz imzaları yüz min vətəndaşın etiarz aksiyası kimi qəbul olunmalıdır;
-Bu etiraz imzaları, ölkədə İslam müdafiəçilərinin həm daxildə və həm də xaricdə bütün hüquq müdafiəçilərinə olan fəryad səsidir ki “siz nəyi haqq və nəyi nahaq sayırsınız?” Biz öz təbii və ilahi haqqımızı tələb edirik. Bu yolda zindanlara düşənlərimiz var və lazım gəlsə yenə də olacaqdır;
-Bu etiraz imzaları, islamafobiya proqramını bizim müsəlman xalqa kənardan ötürən mason və sionist imperialistlərinə yüz min müsəlmanın şilləsidir ki, “sizin planlarınız bu müsəlman ölkəsində artıq iflasa uğrayıb” və artıq müsəlman Azərbaycan xalqı oyanıb və öz təbii hüquqularını hər zaman siyasi və ictimai səhnədə müdafiə edib qorumağa hazırdırlar;
-Bu etiraz imzaları, vətənimizin 20% torpaqlarını 20 ilə qədər işğal altında saxlayan düşmənlərimizə bir xəbərdarlıq və zərbədir ki, əgər lazım gəlsə, müsəlman azərbaycan xalqı Vətənin müqəddəs müdafiəsinə görə sizin üzərinizə yüz minlərlə islami könüllülərlə gələcək və Vətən torpağından bir qarış da olsa sizin əlinizdə qalmayacaq; Vətən yolunda, İslam yolunda şəhadət islamçılar üçün ən böyük səadətdir;
-Hicab qadağasına qarşı olan bu etiraz imzaları, müsəlman azərbaycan xalqının, mübariz ruhaniləri, möminləri, sağlam düşüncəli insanları və haqq aşiqlərini tam şəkildə dəstəkləməsi və onlarla həmrəyliyi deməkdir;
-Nəhayət, bu etiraz imzaları, azərbaycan müsəlman xalqının İslam, Quran, Əhli-Beyt (ə), İmam Zaman (əc) ilə və onların kölgəsində mübariz, haqtələb din xadimləri və möminlərlə beyətidir ki, biz öz ilahi hüquqularımızın, azadlığımızın və müstəqillyimizin uğrunda həmişə tağut və zalımlarla mübarizəyə və ölümə hazırıq!
-DEVAM-ın bu kampaniyasında hansı çatışmamazlıq görürsünüz?
- Bilirsiniz, Məsum İmamlardan (ə) başqa heç kim xəta və səhvdən hifz olunmamışdır. Bu məsələni hacı İlqarın özü də bir Əhli-Beyt (ə) aşiqi kimi çox gözəl bilir və qəbul edir. Səliqələr və taktikalar bəzən fərq edir. Mən çox istərdim ki, bu etiraz imzasına hicabla birgə hicab məhbusları və ümumiyyətlə, bu günə kimi dini etiqadına görə həbs edilənlər salınaydı. İnanın ki, əgər belə olsaydı yüz min yox, bir milyon etiraz imzası yığmaq olardı. Amma hər halda, bizim bu yolda mübarizəmiz davam edəcək və son hicab məhbusu izzətlə azadlığa çıxana kimi meydanda varıq. Ya bütün din xadimləri və möminlər öz etiqadlarının müdafiəsinə görə zindana getməli ya öz ölkəsində azad İslam və Əhli-Beyt (ə) məktəbinin təbliği ilə məşğul olub müsəlman xalqımızı İslam təlimləri ilə ilə maarifləndirməlidirlər.
-Sonda DEVAM-ın bu kampaniyasına etiraz edən bəzi mübariz qardaşlara nə sözünüz və məsləhətiniz var?
- Bilirsiniz, mənim şəxsən bu imzaların nəticə verəcəyinə heç bir etiqadım yoxdur. Heç kəs belə düşünmür ki, dövlət başçısının bütün bu proqamlardan, İslama qarşı kampaniyalardan, islamçılara qarşı gedən represiyalardan xəbəri yoxdur və guya yüz min imzadan sonra tazə xəbər tutacaq və məsələ həll olacaq. Xeyr, heç də belə deyil. Üzr istəyirəm biz uşaq deyilik və çörəyi də qulağımıza yermirik.
Prezident aparatı, ölkədə gedən bütün prosesləri aksiyaları, siyasi hərəkət və prosesləri ölkə başçısına səhv eləmirəmsə 13-14 müxtəlif kanallarla çatdırır. Bu kalalları yalnız prezdentin özü bilir. Mən tam şəkildə əminəm ki, ölkə başçısı möminə anamızın - xacalət təri tökürəm - o nankor və əxlaqsız polis işçisi tərəfindən dünya mediası önündə sürünməsini də görüb və bilir. Amma şərait tamamilə başqadır. Bu kampaniyaya imza atanlar bu niyyətlə atsınlar ki, İlahi, mən bir müsəlman kimi Azərbaycanda ölkə başçısına üz tutub bütün bu haqsızlığa, İslam və islamçıların başlarına gətirilən zülmlərə tam şəkldə etiraz edirəm. Yenə qeyd edirəm ki, bu imza etiraz imzasıdır. Nəticə isə nə olacaq o bizim işimiz deyil, Allahın işidir. Biz, nəticə üçün mübarizə aparmırıq, şəri vəzifəmizi yerinə yetiririk.
Böyük İslam İnqilabının rəhbəri mərhum Ayətullah İmam Xomeyni (r) öz vətəninin müdafiəsində vuruşan könüllü əsgərlər haqqnıda belə dedmişdir: ”Mən könüllü əsgərlərimizin əllərini öpürəm və çox təssüf edirəm ki, hansısa səbəbədən indi onlarla birgə cəbhədə deyiləm!” Mən də bir xırda din xadimi kimi İslam, Quran, Əhli-Beyt (ə), hicab, haqq və ədalət yolunda xalis və səmimi qəlbdən, daxildə və xaricdə, azadlaqda və zindanlarda mübarizə aparan din xadimlərimizin, möminlərin və mübarizlərimizin əllərini öpürəm və çox təssüf edirəm ki, bu gün hansısa səbəbdən onlarla zindanda olmaq şərəfi mənə qismət olmayıb. Hicab və hicab məhbusları kampaniyası başlayandan bu günə kimi hər nə əlimdən gəlibsə, əsirgəməmişəm və inşallah mübarizəmiz davam edir.
Bu günə kimi təkcə veb-səhiflərdə bu mövzuda mənim 20-dən çox məqaləm gedib və ilk məqaləm 2010-cü il noyabırın 25-də “Azərbaycanda hicab müharibəsi!” olub. http://www.haqqyolu.com/home#/articles/view/2254/501)
Amma bu kampaniyaya etiraz edən dostlara bir ayəni xatırlatmaq istəyirəm. Özləri də bunu çox gözəl bilirlər ki, Quranda buyurulur: “Hamılıqla Allahın ipinə (dininə, Qur’ana, Əhli-Beytə (ə)) möhkəm sarılın və ayrılmayın!” (Ali İmran,102). Ənfal surəsinin 16-cı ayəsində möminlərin döyüş meydanından qaçmalarına yox, yerdəiyşmələrinə icazə verilir:
“(Düşməni aldatmaq məqsədilə özünüzü qaçan kimi göstərib) Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan (dəstə) istisna edilməklə, kim belə bir gündə (döyüş meydanında) düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.”
Ümidvaram, tezliklə Bakıda qardaşlarımızla görüşüb məsələni daha ətraflı müzakirə edəcəyik və lazımı yekdil bir nəticəyə gələcəyik! Mən buna əminəm. Çünki bu gün mübarizə meydanına girənlər ən ixlaslı və mömin qardaşlarımızdır!Hicab.org