Tarix : 2011 Jul 11
Kod 24000

Hacı Şahin Həsənli niyə ''100 minin xahiş''i kampaniyasına münasibət bildirmir?

Hacı Şahin Həsənli ''100 minin xahiş''i kampaniyasına dəstək verir?
well/Aran agentliyi

Azərbaycanın orta təhsil məktəblərində hicaba qoyulan qadağalardan sonra dindarların sərt və hədəfli mövqeyi iki möhtəşəm aksiyasın keçirilməsinə və xalqı marifləndirmək məqsədi ilə broşur, CD disklərin paylanılması, bəyanatlarla, müraciətlərlə insanların diqqətinin hicab qadağasına tərəf yönəlməkdən ibarət oldu.

2010 cu il oktyabr ayının 10-u Təhsil Nazirliyi qarşısında keçirilən etiraz aksiyasında sonra, 2011 ci ildə may ayının 6-sı "Hicaba Azadlıq!" şüarı ilə Təhsil Nazirliyinin qarşısında daha bir etiraz aksiyası keçirildi. Xeyli sayda insanın həbs olunmasına baxmayaraq dindarlar mübarizələrini davam etdirəcəklərinin bildirərək, hicabın azadlığı uğrundan canlarından belə keçməyi bu yolda öz azadlıqlarını belə fəda edəcəkləri təhdidi ilə ölkə dindarlarının rühiyyəsinin yüksəlməsinə, hicabı qadağan edənləri isə qorxuya düşməsinə səbəb olan bəyanatlar yaydılar.

Elə bu mübarizə ərəfəsində "100 minin imzası" adı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hicab qadğasının həll olunması üçün xahiş məktubuna imza atma kampaniyasına start verildi.

Xahiş məktubu ilə razılaşmayan mübariz insanlar buna etiraz etsələrdə, İran mətbuatı və İranda yaşayan amma, bir zamanlar ölkə prezidentini sionist adlandıraraq, haziki iqtidarin zalim olduğunu və bu zülmlərin müqabilində boyun əyməyin zəlilik olduğunu deyən vətəndaşlarımızın bəziləri bu dəfə əks mövqədə idilər. Əks mövqedə olanlardan fərqli olaraq ölkəmizin mərd, mübariz, muqavimətçi oğulları “Biz zalıma boyun əymərir" deyərək, yüz minin xahişi məktubunu hicab məhbuslarına həqarət və xəyanət adlandırdılar.

Məsələlərin bu cür cərayan etdiyi bir vaxtda, nədənsə ölkənin tanınmış ruhanisi, Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənli "100 minin xahişi" kampaniyasına münasibət bildirmir.

Yoxsa imam cümənin bu addımı kampaniyaya dəstək verməsindən xəbər verir?

Əslində isə, Azadxeber.az saytının əldə etdiyi məlumata görə Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənli "100 minin imzası" kampaniyasına dəstək vermir.

Məlumatlı mənbənin bildirdiyinə görə imam cümə bildirib ki: "Özünüz məgər görmürsünüz ki, mən imza kampaniyası haqda heç bir mətbuta açıqlama verməmişəm. Məgər bu "100 minin imzası" kampaniyasına dəstəkləmədiyimə kifayət etmir?"

Azadxeber.az

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11