well/Aran agentliyi
Təhsil sistemindəki özbaşınalıq artıq bütün həddləri aşmaq üzrədir. Bu barədə PİA.AZ redaksiyasına daxil olan məlumatlardan da aydın olur ki, sanki bir TƏMİNATI olan təhsil sisteminin çalışanları aşkar surətdə rüşvətin alınmasından belə çəkinmirlər.
Gəncədəki qaynaqlardan daxil olan informasiyaya görə, bu şəhərdəki orta məktəblərdən birinin direktoru oğlu imtahanlardan kəsilmiş valideynlərin birində görünməmiş bir məbləğdə vəsaiti alaraq «problemi yoluna qoyub.
Bildirək ki, artıq əməkdaşımız Gəncəyə gedib və hadisə ilə bağlı daha dolğun reportaj hazırlamaq niyyətindədir. Yalnız onu bildirə bilərik ki, valideyn attestat üçün orta məktəb direktoruna Gəncədəki evini sataraq əldə etdiyi puldan 10 min manat pul verib. Yəni bir attestat 10 min manata alınıb.
Onu da xatırladaq ki, Bakıda da attestat biznesi «çiçəklənir».