Tarix : 2011 Jul 11
Kod 24017

Rəsul Quliyev Azərbaycanda parlament sədirliyindən ABŞ-da sığınacağına qədər

Rəsul Quliyev 2005-ci il oktyabrında keçiriləcək seçkilər qabağı ABŞ-dan Bakıya qayıtmağa cəhd etdi
well/Aran agentliyi

Rəsul Quliyev 2005-ci il oktyabrında keçiriləcək seçkilər qabağı ABŞ-dan Bakıya qayıtmağa cəhd etdi. Onun gəlmək xəbəri Azərbaycanda siyasi vəziyyəti birdən-birə axarından çıxararaq gərginləşdirdi.

Hal-hazırda regional ekspertlərin nəzərinə görə Azərbaycan Respublikası, Cənubi Qafqazın ən böyük ölkəsi olaraq özünə məxsus siyasi günlər yaşamaqdadır. Bir tərəfdən iqtidarla müxalifətdə olan partiyaların aksiyaları və dövlətin hazırkı siyasətinə öz etirazlarını bildirmələri, bir tərəfdən də islami təşkilatların, xüsusilə də İslam Partiyasının dövlətdən tələbləri bu ölkədə siyasi böhran yaratmışdır. İqtidar da demokratiya şüarı ilə çıxış etsə də öz tənqidçiləri və müxaliflərinə azacıq da olsa, güzəştə getmək istəmir. Dövlətin İslam Partiyasına qarşı sərt rəftarı bu iddinın nümunəsidir. Belə ki, İslam Partiyasının ilk sədri neçə il həbsxana işgəncələri səbəbilə öz fiziki sağlamlığını itirərək vəfat etdi. Hal-hazırkı rəhbəri də yenə həbsdədir. Bakı dövlətinin əsas qorxusu islamçılar və islami şəxsiyyətlərdən olmasına baxmayaraq qeyri-dini partiyalar və şəxsiyyətlər qarşısında da özünün demokratiya və insan hüquqları barədə iddialarına riayət etmək etmək fikrində deyil.

Deyilənlərdən belə nəticəyə gəldik ki, Azərbaycan dövlətinin dünyanın müxtəlif nöqtələrində sığınacaqda, sürgündə və s. olan  siyasi müxaliflərinin taleyi ilə bağlı tədqiqat aparaq. Buna görə də birinci hissədə Ayaz Mütəllibovun siyasi fəaliyyəti araşdırıldı. İndi isə Rəsul Quliyevin siyasi fəaliyyətinə xülasə şəkildə işarə edirik.

Bir günlər Azərbaycanın dünyadan köçmüş prezidenti Heydər Əliyevin yaxınlarından sayılan Rəsul Quliyev prezidentlə aralarında yaranan fikir ayrılığı ilə əlaqədar 1996-cı il sentyabrın 11-də parlamentin sədri vəzifəsindən istefa verdi.

Heydər Əliyev və Rəsul Quliyev aradsındankı ixtilafla bağlı müxtəlif fikirlər söylənmişdir. Bunlardan ən öndəsi Qarabağ müharibəsi idarəçiliyi ilə bağlı yaranan fikir ayrılığıdır.

Rəsul Quliyev belə fikirdə idi ki, Heydər Əliyev Qarabağ müharibəsində könüllü xalq qüvvələrindən istifadə etməyə mane olmaqla, faktiki olaraq Qarabağı ermənilərə təhvil verdi.

Rəsul Quliyev 2005-ci il oktyabrında keçiriləcək seçkilər qabağı ABŞ-dan Bakıya qayıtmağa cəhd etdi. Onun gəlmək xəbəri Azərbaycanda siyasi vəziyyəti birdən-birə axarından çıxararaq gərginləşdirdi və bununla əlaqədər bir neçə yüksək vəzifəli şəxslər, o cümlədən İİN rəhbəri Fərhad Əliyev, Səhiyyə Nazirliyi rəhbəri Əli İnsanov öz vəzifələrindən azad edildi və Rəsul Quliyevlə məxfi əlaqələri olması və çevrilişə cəhd ittihamı ilə həbs olundular. Tamamilə silahlanmış polis aksiya keçirmək fikrində olmasını güman etdikləri hər bir qrupu dağıtdı, yüzlərlə şəxsi həbs etdi. Hüquq mühafizə qüvvələri hər bir aksiyanın qarşısını almaq üçün Bakı Hava Limanına gedən yolları bağladı.

Rəsul Quliyev Bakıya qayıdarkən Ukraynada həbs olundu. Ukrayna dövləti elan etdi ki, Rəsul Quliyev beynəlxalq polis (interpol) tərəfindən və Azərbaycan Respublikasının tələbi ilə saxlanılmışdır.

Bakı dövləti parlament seçkilərindən sonra Rəsul Quliyevin dövlət organlarında çalışan tərəfdarlarını korrupsiyada günahlandıraraq, tutduqları vəzifədən azad etdi. Bununla da İlham Əliyev hökumətinin əlindən çıxmasına qarşı çəkilmiş planları məhv etməklə həm öz iqtidarını bərkitdi, həm də özünü islahatçı kimi göstərərək, korrupsiyada tanınmış məqamların, hətta onun ən yaxın adamları arasında nüfuzları olsalar belə amanda qalmayacaqlarını elan etdi.

Rəsul Quliyev hal-hazırda ABŞ-da yaşayır və ola bilsin ki, Bakıya qayıtmaq və hakimiyyəti ələ almaq röyasındadır.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11