Tarix : 2011 Jul 11
Kod 24018

Azərbaycan Türkiyədən yeni silah sistemləri alıb

Azərbaycan Türkiyədən nəqliyyat vasitələrinin üzərində qurulan idarə olunan silah sistemləri alıb
well/Aran agentliyi

Azərbaycan Türkiyədən nəqliyyat vasitələrinin üzərində qurulan idarə olunan silah sistemləri alıb.

APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Bakının Türkiyədən neçə ədəd və hansı şirkətdən silah alması barədə rəqəm göstərilməsə də, həmin silahların Azərbaycana iyun ayının sonlarında göndərildiyi qeyd olunub. Türkiyədən alınmış silahlar 26 iyunda Bakıda keçirilmiş hərbi paradda keçid edən Azərbaycan istehsalı olan zirehli transportyorların üzərinə qurulub.

Qeyd edək ki, paradda keçid edən Azərbaycan istehsalı olan «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri yerli istehsal olan pulemyotlar, bəziləri isə ASELSAN şirkətinin istehsalı olan STAMP (Stabilləşdirilmiş Makinalı Tüfəng (pulemyot)) sistemləri ilə silahlandırılmış vəziyyətdə olub.

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11