Tarix : 2011 Jul 11
Kod 24019

Nardarana “Eurovision” zərbəsi

Nardaran Azərbaycan Respublikasında Din Ocağı kimi tanınır
well/Aran agentliyi

Nardaran Azərbaycan Respublikasında Din Ocağı kimi tanınır. İmam Rizanın (ə) bacısı Rəhimə xanımın (ə) məzarı Nardarandadır.

İslamın səhnədən çıxarıldığı bir məmləkətdə Nardaranın hədəf seçilməsi çox təbii görünür. Bunun qısa bir yolu var: Nardaranı eyş-işrət meydanına çevirmək.

Beləcə, iyulun 9-da Nardaranda “Sea Breeze Resort” butik otelinin təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimi ilə əlaqədar otelin həyətində konsert proqramı təşkil olunub. Konsertdə ilk dəfə olaraq Azərbaycanı indiyədək mötəbər “Eurovision” yarışmasında təmsil etmiş sənətçilər eyni səhnəni bölüşüblər. Əvvəlcə səhnəyə “Eurovision-2008” mahnı müsabiqəsində Azərbaycan təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə çıxıb, onlar “Day after day” mahnısını ifa ediblər. Elnur və Samirin çıxışı əvvəlcədən nəzərdə tutulmadığından onların ifası sürpriz kimi qarşılanıb. Daha sonra 2010-cu ildə Azərbaycanı sözügedən müsabiqədə təmsil edən Səfurə Əlizadə rəqs qrupunun müşayiəti ilə “Drip drop” və digər iki mahnısını ifa edib.

Müsabiqədə üçüncülük gətirən Aysel Teymurzadə səhnəyə də üçüncü çıxıb. Aysel “Always”lə yanaşı, “Falling” və bu yayın hiti olan “Tonight”ı ifa edib. Aysel tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, otelin açılışı münasibətilə hamını təbrik edib.

“Eurovision” müsabiqəsində Azərbaycana “qələbə sevinci yaşadan” Eldar Qasımov və Nigar Camal isə mərasimdə bütün Avropada dillər əzbərinə çevrilmiş “Running Scared” mahnısını ifa ediblər.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11