Tarix : 2011 Jul 11
Kod 24020

AXI, NƏYƏ LAZIMDIR?...

Azərbaycan oğulları qeyrət naminə örpəyə uzanmış xain əlləri kəsməkdə əzmlidir
well/Aran agentliyi

Azərbaycan oğulları qeyrət naminə örpəyə uzanmış xain əlləri kəsməkdə əzmlidir.

 

Allahın adı ilə

 

Hicab - “Pərdə” mənasını daşıyan bu kəlmənin insan tərbiyəsi və mənəvi gözəlliyə yüksək əhəmiyyət verən dinimizdə yeri böyük olduğu kimi, günümüzdə ictimai müstəvidə onunla bağlı süni yaranmış problemlər də təəssüf ki, olduqca böyükdür.

Hicab – şəriətin göstərişidir ki, doqquz yaşından etibarən müsəlman qadını üçün vacib sayılır. Quranın “Nur” və “Əhzab” surələrində, Allah imanlı qadınların digərlərindən fərqlənməsinə təkid edərək, iffətli olmalarını tələb edir.

Bu paklıq simvolu təkcə Hz. Məhəmməd (s) ümmətinə məxsus olmayıb, tarixi materiallara əsasən İslamdan əvvəl imanlı yəhudi və məsihi qadınlar da örpəkdən istifadə etmişlər. Lakin, sair səmavi qanunlar tək “hicab” da dinimizdə kamilləşmişdir.

İnsanın fərdi və ictimai həyatını nəzərə almış İslam, kamil din olaraq, qadının örpəyi ilə baş verə biləcək hər hansı əxlaqi fəsadların qarşısında sipər çəkərək, onun zərifliyini qorumağa çalışır.

Hikmətli Xaliqin əmrini pozmuş hicabsız qadın, günaha düşməklə yanaşı başqalarının da mənəvi paklığını təhdid və sağlam-imanlı həyat sürmək hüququndan məhrum edir, cəmiyyətdə ruhi gərginlik yaradır. Beləliklə ölkədə demokratik prinsiplər pozulur və xaos baş qaldırır.

Psixoloji və əxlaqi nöqteyi-nəzərdən qadın örpəyini qiymətləndirə bilməyən bəzi adamlar düşünürlər ki, hicab qadınlar üçün məhrumiyyət və məhdudiyyət deməkdir.

Əslində, İslam “Hicab”-ı vacib etməklə “çiçək” saydığı xanımların cəmiyyətdə daha fəal iştirak etməsinə, geyim və bədənləri ilə deyil, elm və mənəviyyatları ilə qarşılanmalarına zəmin yaradır.

Əfsuslar olsun ki, 70 il məhrumiyyətdən sonra elm və mənəviyyata hər bir dövrdən çox möhtac olduğumuz günümüzdə, qeyri qanuni icraya qoyulan “hicab qadağası” uzun müddətdir ki, övladlarımızı təhsilsiz, müəllimələri isə işsiz qoyub. Baxmayaraq ki, Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkədir, ürəkağrıdandır ki, belə bir ölkədə örpəkli xanımlar üçün bir çox qapılar bağlıdır. Allahsız rejiminin əsirlik qandallarını “azadlıq eşqi” ilə qırmış Azərbaycan xalqının elementar hüquqları, çox təəssüflər ki, şəhidlərinin qanı bahasına qurduqları müstəqil dövlət tərəfindən tapdalanır.

 

Mənəviyyatla mübarizə aparanlar bilməlidirlər ki, demokratiya sözü altında qeyri demokratik siyasət yürütmək onlara acı sonluq bağışlayacaq.

Heç bir məntiqi səbəbi olmayaraq yüzlərlə insana ürək sözlərini demək üçün qanuni şərait yaratmamağı, müstəqillik və dövlətçiliyimizə xəyanətdən başqa dəyərləndirmək mümkün deyil.

Xalqın rifahı, elmi və mənəviyyatını sırf şəxsi mənfəətlərinə görə nəzərə almayan xain qüvvələr, mütləq millətin qəzəbinə düçar olacaqlar. Bu həqiqəti tarix və ətrafımızda baş verən hadisələr təsdiqləyir.

Əxlaqi məsələni siyasiləşdirərək “qanun” naminə qanunsuzluğa zəmin yaradıb, ölkənin sabitliyini xətərlə üzləşdirən ünsürlər bilməlidirlər ki, Azərbaycan oğulları qeyrət naminə örpəyə uzanmış xain əlləri kəsməkdə əzmlidir. Hicab azərbaycanlının həm mənliyi, həm dinidir. Qadir Allah da öz dininin tərəfindədir. Belə əsasla bu mübarizənin qalibi də, məğlubu da öncədən bəllidir...

Z. Azəri

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11