well/Aran agentliyi
Ermənistan prezidenti Azərbaycan R-na xəbərdarlıq edib.
İnterfaks informasiya agentliyi bazar günü (10 iyul) Ermənistan prezidenti Serj Sarksiyana istinadla xəbər verib: Dağlıq Qarabağ məntəqəsində müharibənin yenidən baş verdiyi təqdirdə , ölkə ordusu Azərbaycan R-nı məğlub edəcək.
Ordunun gənc zabitləri tərəfindən təşkil edilən toplantıda bu fikri səsləndirən Sarksiyan deyib: " Biz uzun müddətli , çətin və qeyri bərabər bir savaşda qalib gələcəyik , Ermənistan sülhün bərqərar edilməsini tərəfdarlıq edir " –deyə Sarksiyan sözlərinə artırıb.
Ermənistan prezidenti onu da qeyd edib ki, əgər işğalçılar və təcavüzkarlar bir daha hərbi avantüristliyi qarşıya məqsəd qoysalar ,onda bir an belə mübarizəni təxirə salmayacağam.
Çıxışının gigər hissəsində o,Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar müzakirə prosesində Ermənistana göstərilən təzyiqlərlə bağlı şayiələri şişirdilmiş bir addım kimi dəyərləndirərək deyib : Biz Qarabağ konfliktinin sülh yolu ilə həll edilməsinə səy göstəririk.
Qarabağ münaqişəsinin həlli məqsədilə iyunun 24-də Rusiyanın prezidenti Dmitriy Medvedyevin vasitəçiliyi ilə Kazan şəhərində Az.R və Ermənistan prezidentlərinin görüşü baş tutsa da bu görüş nəticəsiz başa çatmışdır