Tarix : 2011 Jul 11
Kod 24022

İstanbulda Türkiyə-Azərbaycan Assosasiyası yaradılıb

Türkiyə-Azərbaycan Assosasiyası fəaliyyətə başlayıb. Assosasiyanın yaradılmasında məqsəd, Türkiyədə Azərbaycan türklərinin ...
well/Aran agentliyi

 Deyerler.org: İstanbulda Türkiyə-Azərbaycan Assosasiyası fəaliyyətə başlayıb. Assosasiyanın yaradılmasında məqsəd, Türkiyədə Azərbaycan türklərinin strukturlaşmasına daha fəal yardım göstərməkdir, - “salamnyus” xəbər verir.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, assosasiya özündə 3 milyondan artıq azərbaycanlını birləşdirəcək. Təşkilat qurucuları bildirirlər ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq uzun zamandan belə bir təşkilatın yaradılmasına çalışıb. Eyni zamanda yeni yaradılmış təşkilatın xalqlar arasında körpü rolunu oynayacağı da vurğulanır.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 11