Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Tehranda İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın qəbulunda olub
well/Aran agentiliyi
Mahmud Əhmədinejad bu görüşdə region ölkələrini ayıq olmağa və ABŞ-ın İsrail rejimini nicat planında yer almamağa çağırıb.
Müxbirimizin məlumatına görə, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bazar ertəsi günü axşam Tehranda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdə region ölkələrinin əcnəbilərin fitnələri qarşısında ayıq olmalarını zəruri adlandırıb: "Əgər əcnəbilərin region ölkələrinin daxili məsələlərinə müdaxiləsinə imkan verilərsə, o zaman bütün region ölkələri zərər çəkəcəklər."
İran prezidenti sonra deyib: ABŞ hiyləgərlik, şiə və sünni, ələvi və digərləri, türk və kürd arasında ixtilaf törətməklə öz məqsədinə yəni, İsrail rejiminin nicatına nail olmaq və öz iqtisadi durumunu yaxşılaşdırmaq istəyir.
Mahmud Əhmədinejad eyni zamanda regionda cərəyan edən hadisələrdə İran İslam Respublikası və Türkiyənin rolunu həssas və təsirli adlandırıb və deyib: İran və Türkiyə bir-birinin kənarında iki ölkə və region xalqlarının mənafeyi uğrunda böyük addımlar ata bilərlər.
İran prezidenti həmçinin düşmənlərin İran və Türkiyə arasındakı yaxın münasibətlərdən narahat və nigaran olduqlarını, bunu öz mənafelərinə zidd dəyərləndirdiklərini də qeyd edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu görüşdə Ankara-Tehran münasibətlərini müsbət dəyərləndirib və regionun hazırkı durumu haqda deyib: İslam Dünyası bu gün özünə məxsus bir böhran ilə üzləşib və bu həssas mərhələni uğurla başa vurmaqda İran və Türkiyənin üzərinə böyük məsuliyyət düşür.
Ə.Davudoğlu həmçinin, regionda cərəyan edən böhranlarla qarşılaşmaqda İran və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsini vacib hesab edib: "Tehran-Ankara əməkdaşlıqları regionda mövcud olan problemlərin həll edilməsi və regionda təhlükəsizliyin bərqərar edilməsində təsirli ola bilər."