Tarix : 2011 Jul 13
Kod 24053

Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”

“Ukraynanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyi dəyişməyib və olduğu kimi qalır
well/Aran agentliyi

 

“Ukraynanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı rəsmi mövqeyi dəyişməyib və olduğu kimi qalır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”.

Bunu APA-nın sualına cavab olaraq Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib: “Ukrayna Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunu dəstəkləyir. Əsas məsələ budur. Ukrayna və Azərbaycan aktiv işləyir. Yayılan məlumat müstəqil mətbuatın yazdıqları idi. Amma Ukraynanın rəsmi mövqeyi dəyişməz qalır. Biz strateji tərəfdaşlarıq”.

Qeyd edək ki, Ukraynanın “İmage” jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən materiallar dərc edilib. “İmage” nəşrində dərc olunan qərəzli məqalənin işıq üzü görməsi ilə əlaqədar olaraq Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd olunub ki, Ukrayna jurnalında çap edilmiş yazı Azərbaycanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc edilməsi yolverilməzdir.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 13