Tarix : 2011 Jul 13
Kod 24054

Ermənistan və Azərbaycan jurnalistləri Gürcüstana səfər edəcəklər

Gürcüstanda etnik azlıqların problemləri ilə tanış olmaq üçün iyulun 13-də Ermənistan və Azərbaycandan 30 nəfər jurnalist bu ölkəyə səfər edəcək
well/Aran agentliyi

Gürcüstanda etnik azlıqların problemləri ilə tanış olmaq üçün iyulun 13-də Ermənistan və Azərbaycandan 30 nəfər jurnalist bu ölkəyə səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir “Qonşu” proqramı çərçivəsində Sülh və Müharibə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək. İyulun 13-dən 15-nə kimi jurnalistlər Gürcüstanda erməni və azərbaycanlıların kompakt yaşadığı regionlarda yaşayan etnik azlıqların yaşayış tərzi və problemləri ilə tanış olacaqlar. Cavaxeti və Kvemo-Kartli bölgələrinə səfər edəcək jurnalistlər eyni zamanda yerli icra hakimiyyəti rəhbərləri, ekspertlər və analitiklərlə görüşlər keçirəcəklər.

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 13