Tarix : 2011 Jul 13
Kod 24061

''Hicab aksiyası''nın iştirakçıları Polisə çağırılırlar

6 mayda keçirilən ''hicaba azadlıq'' mitinqində iştirak edən şəxslər polis idarəsinə dəvət ediliblər
well/Aran agentliyi

6 mayda keçirilən "hicaba azadlıq" mitinqində iştirak edən şəxslər polis idarəsinə dəvət ediliblər.

Bu haqda İslam-Azeri.az İnternet qəzetinə aksiyada iştirak edən adının açıqlanmasını istəməyən şəxs bildirib.

Onun sözlərinə görə, yaşadığı ərazinin sahə müvəkkili zəng vuraraq ona bildirib ki, Bakı Baş Polis İdarəsinə getsin.

Qeyd edək ki, bu cür hallar artıq çoxalmağa başlayıb.

"Hicaba azadlıq 2" aksiyasında saxlanılanlar, lakin inzibati və həbs cəzası almadan azad edilənlər yenidən polis idarələrinə dəvət edilirlər. 

  • Yazılıb
  • da (də) 2011 Jul 13