Tarix : 2011 Jul 13
Kod 24062

Sabah İslamçıların məhkəməsidir

Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ölkənin üç tanınmış ruhanisi və AİP üzvlərinin məhkəməsi olacaq
well/Aran agentliyi

Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ölkənin üç tanınmış ruhanisi və AİP üzvlərinin məhkəməsi olacaq.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, sabah AİP sədri Hacı Mövsüm Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Hafizi Quran Hacı Zülfüqar Mikayılzadə, həmçinin AİP-in sədr müavini Vaqif Abdullayev, Astara üzrə AİP-in təşkilat sədri Rufulla Axundzadə və AİP liderinin qohumu Firdovsi Səmədovun məhkəməsi keçiriləcək.

Qeyd edək ki, məhkəmə iclası saat 10:30-da başlamalıdır.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Jul 13