Tarix : 2011 Jul 13
Kod 24063

Üzüqara polis

Məhkəmə adəti üzrə vəsatətləri qəbul etməyib. İş üzrə məhkəmə baxışı iyulun 19-a təyin edilib
well/Aran agentliyi

 

Səbail rayon məhkəməsində İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar həbs edilmiş 6 nəfərin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən Trend-ə verilən məlumata görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinə xitam verilməsi, təqsirləndirilənlərin barələrindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər verib. Məhkəmə adəti üzrə vəsatətləri qəbul etməyib. İş üzrə məhkəmə baxışı iyulun 19-a təyin edilib.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar. Şahid üzüqara polislərdir.

HaqqYolu

  

  • Yazılıb
  • da (də) 2011 Jul 13